Rusiyanın Müdafiə Nazirliyi Egey dənizində Türkiyəyə məxsus gəmi istiqamətində atəş açılması barədə məlumat yayıb.
“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, Egey dənizində hərəkətdə olan Rusiyaya məxsus döyüş gəmisi mümkün toqquşmanın qarşısını almaq üçün yaxınlıqdakı Türkiyə gəmisi istiqamətində xəbərdarlıqedici atəş açıb.
Hadisə vaxtı gəmilərin toqquşma riski aradan qaldırılıb.
Rəsmi Moskva hadisənin vaxtı barədə konkret məlumat verməyib.