Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rusiya və Türkiyə rəsmiləri arasında - Sürpriz görüş

Rusiya və Türkiyə rəsmiləri arasında - Sürpriz görüş


Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanda görüşüb.



“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, paytaxt Aşqabadda beynəlxalq konfrans zamanı keçirilən görüş Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.



Matviyenko jurnalistlərə açıqlamasında bildirib ki, bu, Çavuşoğlu ilə ilk görüş deyil. Rusiya rəsmisi görüşün detalları barədə ətraflı məlumat verməyib:



"Çox gərgin iş qrafikimiz var. Heç bir rəsmi görüş planlaşdırılmamışdı. ".



Valentina Matviyenko onu da vurğulayıb ki,Türkiyə iki ölkə arasında güvən hissini yenidən qurmaq üçün Rusiyadan üzr istəməlidir:



"Rusiya və Türkiyə arasında belə problemin yaranmasından dolayı biz günahkar deyilik. Türkiyə Rusiyaya qarşı aqressiv münasibət sərgilədir, bu, cinayətdir. Rusiya Türkiyədən yaşananlarla bağlı düzgün cavab gözləyir. Xarici İşlər Nazirliyi və digər kanallarla təmaslar yaradılır. Nə Rusiya, nə dər Türkiyə Rus-Türk münasibətlərinin pisləşməsini istəmir. Kim hücum etdisə, bunun məsuliyyətini daşımalıdır. Ümid edirəm ki, Türkiyə baş verənlərə görə üzr istəyəcək", - deyə Matviyenko bildirib.



Matviyenko onu da qeyd edib ki, Türkiyə baş verənlərə düzgün reaksiya verməzsə, Rusiya bunu bağışlamayacaq.



Xatırladaq ki, noyabrın 24-də Türkiyə Hərbi Hava Qvvələrinin qırıcısı Rusiya ordusuna məxsus Su-24 bombardmançı təyyarəsini vurub. Bundan sonra iki ölkə arasında münasibətlər pisləşib və pik həddə asılıb. Rusiya Türkiyənin üzr istəməsini tələb edir, Türkiyə isə qarşı tərəfin qırıcısının sərhədi pozduğunu və pilota dəfələrlə xəbərdarlıq edildiyini bildirir.


Teqlər:
Bu xəbər cəmi 1145 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR