Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini postunu tutan İlham Mərdanov vəzifəsindən azad edildi. Əslində İlham Mərdanov bir neçə gün əvvəl işindən atılmışdı. Sadəcə olaraq, bu olay dünən ictimailəşdi.
Onu da qeyd edək ki, İlham Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun doğmaca qardaşıdır. DİA.AZ-a daxil olan informasiya görə, özünə hazırda AMEA-da yer etmiş Misir Mərdanovun "itkisi" təkcə qardaşının vəzifədən alınması ilə yekunlaşmayacaq.
Məlumatlı mənbə dia.az-a bildirir ki, keçmiş nazirin gömrükdə işləyən kürəkəninin də işdən atılması gündəmə gəlib.
Bu barədə danışan qaynağa görə, hazırda Xaçmaz Gömrük İdarəsinin rəisi postunu tutan Azər Məmmədovun rəhbərliklə də münasibətləri gərgindir: "Yəni DGK rəhbəri Aydın Əliyev də Azər Məmmədovdan narazı idi. İndi isə ələ fürsət düşüb. Misir Mərdanovun yaxınları artıq "toxunulmazlıq" statusunu itiriblər".