Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində daha bir erməni hərbçi öldürülüb.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə dekabrın 11-i Karen Qriqoryan dünyasını dəyişib.
Xatırladaq ki, həmin tarixdə Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulması nəticəsində daha bir əsgərini, 1994-cü il təvəllüdlü Vardan Vardanyanın öldüyünü açıqlamışdı.