Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bağça müdirəsindən kütləvi şikayət

Bağça müdirəsindən kütləvi şikayət
Azərbaycanın uşaq bağçaları kimi düzəlməyən, yarımayan işi, problemi mövcudluğunu qoruyur. Təhsil Nazirliyinin əlindən alınan bağçalar Bakı şəhər İcra Hakimiyyətinə verilsə də, hələ ki valideyn narazılıqları azalmır. Bağça çatışmazlığı dərdi bir tərəfdə qalsın, mövcud bağça rəhbərinin əlindən dərdini deməyə yer axtaranlar da var. Dözülməz müdirəylə artıq işləmək istəməyən kollektiv ayağa qalxıb, bu dəfə onun çıxarılmasını qəti şəkildə tələb edirlər. İndi dinləyək, sizcə belə bir təhsil işçisi, uşaqlarımızı etibar etdiyimiz müdirə vəzifəsində qalmalıdır, ya yox.


Nizami rayonunda yerləşən 172 saylı bağçanın müəllimə heyəti, kollektivi uşaq bağçasının müdirəsi Mahirə İsmayılovadan şikayət edirlər. Kollektiv müdirə barəsində elə açıqlamalar verir ki, belə bir şəxsin bu vaxtadək rəhbər vəzifəsində çalışmasına adam məəttəl qalır. İyirmi ilə yaxındır müdirə vəzifəsində çalışan bu şəxs barəsində əsasən də son illər dəfələrlə şikayətlər olunub. Vaxtiylə uşaq bağçaları Təhsil Nazirliyinin balansında olanda da müdirə haqqında edilən şikayətlərə dövlət idarəsi tərəfindən sərt reaksiya verilməsə belə, töhmətlərlə xəbərdarlıq olunub. Hətta işçilərin dediyinə görə bir neçə dəfə onun fəaliyyəti zamanı etdiyi nöqsanlar, maliyyə qüsurları, yeyinti, uşaq payının mənimsənilməsi üzə çıxarılmış, onun işdən azad olunması barədə söhbət getsə də, amma müdirə yenidən kreslosuna qayıdıbmış. Deyilənə görə, müdirənin yaxşı arxa-dayağı olduğundan vəzifəsində qalıb.



Ötən il uşaq bağçaları Təhsil Nazirliyindən alınıb Bakı Şəhəri İcra Hakimiyyətinin ixtiyarına verildikdən sonra vəziyyətin müsbətə dəyişəcəyinə ümid edilir. Bu təəssürat ötən ilin yayında ondan çox bağça müdirəsinin işdən azad olunmasından sonra yarandı. 172 saylı körpələr evi və uşaq bağçasının kollektivinin məlumatına görə, şikayət olunan müdirənin də həmin qara siyahıda adı olub. Lakin necə olubsa, o yenidən vəzifəsinə qayıdıb. Amma bu dəfə Bakı Şəhər İcra hakimi Hacıbala Abutalıbovun şəxsən verdiyi şiddətli töhmətlə. Bu sonuncu xəbərdarlıq o demək idi ki, əgər müdirə özünün əməllərinə son verməsə, avtomatik işindən azad olunmalıdır. Necə ki, ondan boğaza yığılmış kollektiv onun haqqında son qərarın verilməsi üçün şikayətə başlayıb. Artıq on iki tərbiyəçi- müəllimənin şəxsi imzası ilə təsdiqlənmiş şikayət ərizəsi Bakı Şəhəri İcra Hakimiyyətinə təqdim olunub, cavab gözlənilir.



Onu da qeyd edim ki, ötən il müdirənin bağçanı öz biznesinə çevirməsi, işçilərin, uşaqların haqqını, çörəyini yeməsi barədə aidiyyatlı orqana başqa bir şikayət məktubu göndəriləndə bağça artıq təmirə bağlanırdı. Yəni, hamı, elə dözümlü kollektiv də müdirənin hərəkətlərinə nəzarət edəcəyinə inanmağa çalışırdı. Amma bağçanın işçiləri artıq dözə bilmədiklərini bəyan edirlər. Aylardır bağça işləməsə də işə getdiklərini, müdirənin söyüş, təhqirləri eşitdiklərini bildirirlər. Bu da işçilərdən bir neçəsinin dedikləri:



Adının çəkilməsini istəməyən müəllimə: “ Mahirə müəllimə məni, eləcə də iş yoldaşlarımı illərdir xəstəliyə salıb. Bu insan hamımızı yersiz təhqir etməyi, söyməyi, özünün köləsinə çevirməyi sevir. Onun üzündən dəfələrlə şikayətlər etmişik. Amma o bizi işdən çıxarmaqla hədələyib, səsimizi çıxarsaq hər hansı yolla vəzifədən azad edəcəyini deyib. Mən ali təhsilli olan işçilərdən biri olduğumdan haqqımızı tələb edəndə “sənin mənim yerimdə gözün var” deyir. Münaqişələr illərdir davam edir. Artıq bezmişik. Bu insan özü qadın olsa da, bütün işçilərinə olmazın sözlər deməyi xoşlayır.”



Müəllimə: “ Mahirə müəllimənin şiddətli, təhqirli davranışı uzun müddətdir davam edir. Bağçamız onun fəaliyyəti müddətində normal bağça kimi işləməyib. Biz təkcə müəllimə yox, illin bütün fəslində süpürgəçilik etmişik, Bilməmişik, bu gərginlikdə müdirənin hərəkət, kobud davranışına dözək, yoxsa uşaqların təlim-tərbiyəsi ilə məşğul olaq. O, həmişə, elə indi də bizdən özünün uydurmalarına görə pullar yığıb. Uşaqlara verilən ərzağın heç 10 faizi onlara çatmayıb. Valideynlərdən pul almaq üçün bizi məcbur edib. İşdəki gərginlikdən çarəsiz qalmışıq. Bu insan çörəyimizlə oynayır və bundan ləzzət alır. Kimsə ona “dur” deməlidir.”



Diğər müəllimə: “Bağçaya götürdüyü uşaqların valideynlərindən 150-200 pul tələb edirdi bu gün də araşdırma olsa, görərsiz ki, heç bir qorxu olmadan bu pulu istəyir. Otağından çıxan valideynlər bunu deyir. Bağçanın təmiri başa çatsa da, fəaliyyəti bərpa olunmayıb. Buna baxmayaraq biz işə gedirik, hər gün də olmasa bəhanə ilə bizi bağçaya yığır, “filan məsələyə görə pul gətirin” deyir. Özü də bu tələbini elə təhqiredici sözlərlə edir ki, adam utanır. Hər işçimizə yaşına, vəzifəsinə uyğun olmayan alçaldıcı ad qoyub. Deyir, “bu mənim “....”-dır. Həmin adların çəkilməsi biabırçılıqdır.”



Müəllimə: “ Bağçamız keçən il təmirə bağlanana qədər uşaqlarımız normal bir yemək görmürdü. Südlü sıyıq adı ilə düyü həlimi( o boyda bağçaya bişirilən sıyığa bir qutu süd əlavə olunurdu, qalan qutular yoxa çıxırdı) yeyirdilər. O bağça uşaqlarının menyusunda meyvə-tərəvəz, şokolad, ətli-toyuqlu yeməklər vardı. Amma işlədiyimiz müddətdə biz meyvə-tərəvəzin ancaq adını eşitdik. Böyük qrupa bir balaca qazanda yemək gətirilərdi. Dəfələrlə uşaqlarımız keyfiyyətsiz xörəkdən zəhərlənib. Düzdü bu olanlar ötən ilə qədər idi. Amma fakt odur ki, yeyintiyə yol verən müdirə hələdə əlini-qollunu sallayaraq gəzir, özü də rahat şəkildə.”



Başqa biri: “ Biz ondan şikayət edəndə təşkil olunan komissiya( Təhsil Nazirliyinin) gələrdi bizlə danışardı, amma Mahirə İsmayılovanın otağına girib çıxan kimi vəziyyət dəyişərdi. Vəzifəsində qalan müdirə günümüzü qara edərdi, elə indi də bizimlə hədəylə danışır.”

Digəri : “ Müdirənin tabel cədvəlinə baxsaz, onun etdiyi maliyyə fırıldağını görə bilərsiz. Deməli orada 6-7 nəfər var ki, o şəxslərin adını, özünü tanımırıq. Misal üçün, bağban, süpürgəçi, aşbaz adı ilə ştata süni şəkildə salınan adamların pulunu alıb cibinə qoyur. Yaxınlarının adını yazdırıb, əvəzində maaşı o alır. Çox istəyərdik, ki, Bakı şəhəri İcra Hakimiyyətinin göndərdiyi komissiya ondan bu məsələni soruşsun. Həmin tanımadığımız işçiləri bizlə üzləşdirsin.”



Başqa biri: “ Bu günün özündə Mahirə İsmayılova otağına daxil olan, uşağını bağçaya yazdırmaq istəyən valideyndən pul tələb edir. Özü də 200 manatdan yuxarı da pul istəmək gücünü özündə tapır. Bu insan necə qorxmadan, korrupsiyayla mübarizə edilən bir vəziyyətdə bu hərəkəti edir başa düşmürük. Özü də həmişə də valideynlərə deyir ki, verdiyiniz pulu bağçaya xərcləyəcəm. Deyir ki, “İcra hakimiyyəti bar-bar bağırır ki, bütün işləri o edir. Amma mən cibimdən pul qoyuram, özü də elə onları da yaxşı-yaxşı yedizdirirəm.”



Başqa bir işçi : “ Mahirə müəlliməni axtaran onu bağçanın mətbəxndə tapa bilərdi. Çünki o aşbazların qazana nə atacaqlarına şəxsən nəzarət edirdi. Çünki bağçaya gələn yemək-içmək onun əlində idi. Bir sözlə o işlədiyi müddət ərzində bağçanı yaxşıca taladı. İstədiyini işə götürərdi. Hətta onun sonuncu hərəkətini də deyim. Bizim bir müəlliməmiz bu yaxında rəhmətə getdi. O iclasda bizə dedi ki, o( mərhum) mənə qarşı çıxırdı, ona görə öldü. Yəni bu insan qorxmur ki, ölüm deyilən bir şey var. Bundan başqa bağça təmirə dayanana qədər hər qrupda 20-25 uşaq olmalı halda, Mahirə müəllimə 30-35 uşaq yığırdı. Uşaqlar hər çarpayıda ayaq-baş yatırdı. Amma siyahıda bu rəqəm lazımı qədər göstərilərdi. Uşaqlar qış, yay aylarında bağçaya çox gəlməzdi, o isə bizə şişirdilmiş rəqəmləri yazmağı tapşırardı. ”



İşçilərin dediklərindən belə çıxır ki, Mahirə İsmayılova vəzifəli , təcrübəli şəxs kimi də nitqə sahib deyil. Təşkilatların adlarını( məs,UNESCO-ya “niveska”deyir), , istifadə olunan işiylə əlaqədar terminlərin mənasından xəbərsizdir. Qeyd edim ki, sadalananlar müdirənin etdiyi hərəkətlərin bir hissəsidir. Özü də işçilər deyir ki, Mahirə müəllimə 60 yaşını haqlamış və ağır şəkərli-diabet xəstəsidir. Onlar haqlarını tələb edəndə, xəstəliyi ilə onları qorxudur. Deyir ki, “bu dəqiqə təcili yardımı, sonra da polisi çağıracam.” Yəni, müdirənin böhtan atmaq kimi xüsusiyyəti də var. Bir sözlə, iş qabiliyyəti olmayan bu insan vəzifədən azad olmalıdır. Başqa sözlə, komissiya doğru, şəffaf təşkil olunsa, (özü də şiddətli töhməti olan birinin) müdirənin kreslosuyla vidalaşması mütləqdir.



Bağça kollektivi ədalətli qərarı səbirsizliklə gözləyir və Bakı şəhər İcra Hakimiyyətinin onları dinləyəcəyinə ümid edirlər.



Deyilənlərdən belə nəticə çıxır ki, Mahirə İsmayılova maxinasiya əməli ilə yanaşı vəzifəsindən sui istifadə etməklə işçiləri ilə kobud davranışına görə də məsuliyyət daşıyır. Bir də sonuncu məsələ ilə əlaqədar müəllimələrin əlində dəlil, video-yazılar da var.



Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Teqlər:
Bu xəbər cəmi 6255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR