Səudiyyə Ərəbistanında bu gün ilk dəfə qadınların da iştirakına icazə verilən bələdiyyə seçkiləri keçirilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadınlar ilk dəfə olaraq seçkiyə həm namizəd, həm də seçici olaraq qatılıblar.
Eyni zamanda, qadınlar və kişilər onlar üçün ayrılan xüsusi seçki məntəqələrində səs verirlər. Səsverməyə 130 min qadın qatılır ki, bu da kişi seçicilərinin sayından 10 dəfə azdır.
Namizəd qismində isə 978 qadın, 5938 kişi qeydiyyatdan keçib.
Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə tarixində üçüncü dəfə keçirilir.