Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vergidən yayınanlar cəzalandırıldı

Vergidən yayınanlar cəzalandırıldı


Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti və Bakı Vergilər Departamenti tərəfindən 10.12.2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi 54 ünvanda yerləşən, fiziki şəxs Quliyev Emin Vahid oğlunun şirniyyat və digər un məmulatlarının istehsalı ilə məğul olduğu, ümumi sahəsi 120 kv.m. olan obyektdə operativ nəzarət tədbirləri keçirilib.



"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbir zamanı obyektdə üzərində vergi ödəyicisinin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirmə nömrəsi (VÖEN) və malın saxlanma müddəti barədə məlumalar yazılmış etiketlər olan 151 ədəd müxtəlif ölçülü paketlərdə qablaşdırılmış makaron məmulatları, 233 qutu müxtəlif növ şirniyyat məhsulları, 67 kisə un, 2 kisə şəkər, 3 ədəd 5 litrlik qablarda bitki yağı və digər xammal aşkarlanıb, istehsal sobalarının istifadəyə hazır vəziyyətdə olduğu müəyyən edilib.



Həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Daş karxanası ərazisində yerləşən, fiziki şəxs Əliyev Nahid Tapdıq oğlunun un məmulatlarının istehsalı ilə məşğul olduğu, ümumi sahəsi 200 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsində keçirilmiş, operativ nəzarət tədbiri zamanı obyektdə içərisində fiziki şəxsin adı və ona məxsus olmayan başqa bir VÖEN göstərilmiş etiketlər olan 864 ədəd sellofan paketdə “Ruskaya Korona” adı ilə qablaşdırılmış makaron, vermişel, əriştə məhsulları, eləcə də 63 kisə un aşkar edilərək, müvafiq qaydada rəsmiləşdirilib.



Qeyd olunanlardan əlavə, vergi ödəyicisinin əmək qanunvericiliyini kobud şəkildə pozaraq, 6 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etdiyi də aşkar olunub.



N.Əliyevin 30.10.2012-ci il tarixdən, E.Quliyevin isə 17.01.2015-ci il tarixdən vergi ödəyicisi kimi fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalarına baxmayaraq, aparılan araşdırmalar zamanı hər iki şəxsin faktiki olaraq sahibkarlıq fəaliyyətini davam etdirərək ilə məşğul olduğu, gəlir əldə etdiyi, vergi orqanına bəyannamə təqdim etmədiyi və dövlət büdcəsinə vergi ödəmədiyi müəyyənləşib.



Aşkar edilmiş vergi hüquqpozmaları ilə yanaşı, sözügedən istehsal sahələrində sanitar-gigiyenik normalara da riayət olunmadığı, obyektlərin hər yerində antisanitariya şəraitinin hökm sürdüyü müşahidə olunub.



Hər iki vergi ödəyicisinin istehsal və satış dövriyyəsini müəyyənləşdirmək üçün əhəmiyyət kəsb edən bir sıra qara mühasibatlıq sənədləri aşkar edilərək maddi sübut qismində götürülüb. 



Paralel olaraq, həmin şəxslərin istehsal etdikləri malları müntəzəm olaraq alan bir qrup vergi ödəyicilərində də müvafiq tədbirlər keçirilmiş, adları yuxarıda göstərilən vergi ödəyicilərinə aid obyektlərdə istehsal olunub satışa verilmiş mallar nümunə kimi götürülmüş və onlar arasında mal dövriyyəsinin həcmi müəyyən edilib.



Tədbir zamanı aşkarlanmış qanun pozuntuları müvafiq qaydada rəsmiləşdirilmiş, barələrində mövcud qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.


Teqlər:
Bu xəbər cəmi 785 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR