İkinci əl avtomobil almaq riskli bir ticarətdir. Hər zaman maşını satıcının dediyi vəziyyətdə deyil, daha pis halda olması ilə üzləşə bilərik. Ən vacib məsələlərdən biri isə avtomobilin qəzalı olub olmamasıdır. Həm avtomobilin öz sahibinə xidmət müddətinə, həm də sonra satmaq istəyərkən qiymətinə təsir edən amildir.
Sfera.az faktxeber.com-un verdiyi məlumata istinadən bildirir ki, bunu yoxlamağın isə bir neçə sadə üsulu var.
1. Ancaq təmiz avtomobilə baxın. Hətta az toz qatı əziklərin üstünü örtə bilər.
2. Maşina baxış gündüz vaxtı küçədə, ya da yaxşı işıqlandırmanın olduğu yerdə baxılmalıdır. Gün işığında boyanın tonlarında fərqi və səthdəki əyriliyi müəyyən etmək daha asandır.
3. Şübhəli məqamlarda oxşar yerləri digər tərəflə birləşdiyi yerlərdə – sağda və solda, öndən və arxadan yoxlayın. Zərbələr və bərpa işlər çox nadir hallarda simmetrik olur.
4. Əgər maşın hissə-hissə rənglənibsə, fərq parıltı fərqinə, şaqrenin (boyanın portağal səthindəki kimi qeyri-bərabər çəkilməsi), kraterlərin mövcudluğu və lak boya örtüyündə tozlu səthlə bilinəcək.
5. Əgər xarici baxış zamanı hər hansı bir şübhə yaranarsa, avtomobili qaldırıcı qurğu ilə qaldırıb, oradan baxın. Adətən görünməyən hissələri çox da dəymirlər və ona baxaraq xəsarətin miqyasını öyrənmək mümkündür.
6. Əgər maşın bərk dəyibsə bir neçə detal dəyişdirilmiş olur. Bunu daxildə motor bölməsinin daxilindəki rənglə müəyyən etmək olar. İstehsal zamanı daxili səth üçün adətən xarici boyadan az fərqlənən ucuz boyadan istifadə edirlər. Ancaq yerli təmir zamanı isə heç kim görünməyən yerlər üçün boya seçmədiyindən ümumi boya ilə uyğun rəngdə olacaq.
7. Ciddi zədələrin çoxu avtomobilin aşağı hissəsində olur və ilk baxışda nəzərdən qaçır. Bununla belə cəlb baxış üçün açıq olan yerlər ideal vəziyyətdə olur.
8. Qabarıq yapışqan, yaxud çox illik istifadəsinə rəğmən yeni kimi parıldaması alıcını şübhələndirməlidir. Bu avtomobilin yenidən boyandığının göstəricisi ola bilər. Bunu təsdiqləmək üçün lak-boya örtüyünün qalınlığını ölçən xüsusi alətlər mövcuddur. Detalın boyanıb boyanmadığını enliyi ölçən cihazla müəyyənləşdirmək olar. Bu yolla dəmir, yaxud alümininum detalları yoxlamaq mümkündür. Plastik isə, təəssüf ki, yoxlamaq mümkün deyil. Bununla belə bu cihaz çox bahalı olduğundan yəqin ki, bir çoxlarınız almaq istəməyəcəksiniz. Daha rahatı texniki mərkəzdə mütəxəssisdən kömək istəməkdir. Onlar hər bir detalla bağlı sizə ətraflı məlumat verəcək: boya sonradanmı çəkilib, təmirsizmi rənglənib, yoxsa əvvəlcə malalanıb… Əlbəttə, bunun üçün də müəyyən məbləğ ödəməlisiniz, ancaq həm alınacaq cihazdan çox ucuz başa gəlir, həmçinin avtomobil barədə tam məlumatı əldə etmiş olacaqsınız.
9. Təəssüf ki, gündəlik istimar zamanı, xüsusən də şəhərlərdə avtomobilin bamperi, qanadları, qapıları zərər çəkir. Əgər kefiyyətli təmir olunubsa, bu qorxulu deyil. Ancaq avtomobil ciddi qəzaya uğrayıbsa, bundan da acınacaqlısı, bir neçə avtomobildən yığılıbsa, xarici detallardan əlavə, kuzovun yükdaşıyan elementləri də deformasiyaya uğrayacaq. Təsadüf hallarda təmir bütün qaydalara uyğun olaraq aparılır. Təmirə az pul xərcləyən satıcı onu bazar qiymətinə satmağa çalışır. Bu hal yol-nəqliyyat hadisəsi zamanı təhlükəli ola bilər, bundan əlavə hərəkət hissəsinin tənzimlənməsmindən problemlər yarada bilər.
Sfera.az-ın alıcılara əsas tövsiyəsi isə budur: Çalışın avtomobil alarkən avtomobil diaqnostikası və lak-boya örtüyü üzrə mütəxəssisdən yardım alasınız. Həmçinin istənilən diler mərkəzinə getmək və diaqnostikasını aparmaq olar.