Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazir müavininin qardaşı iş adamını təhdid edir? - Şikayət

Nazir müavininin qardaşı iş adamını təhdid edir? - Şikayət




Əli Əsgərov aldığı mişar daşına görə, 10 min manat borcunu verməmək üçün qardaşlarının adından istifadə edir


 


Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Əli Əsgərov Qovlar Dəmir Yolu Stansiyasının rəisi işləyən zaman aldığı malın pulunu verməkdən imtina edir. 


 


Bu barədə məlumat verən iş adamı Mricəfər Əsgərov bildirib ki, stansiya rəisi ilə əlaqələri mişar daşlarının alınıb, satılması üzərində qurulub. 


 


O qeyd edib ki, o zaman Qovlar qəsəbəsi Dəmir Yolu Stansiyasının rəisi, hazırda isə Şəmkirin Dəllər stansiyasının rəisi işləyən Əli Əsgərova mişar daşları satıb. Həmin daşlar əsasən Qovlar və Buta stansiyalarına daşınıb. Ümumi sayı 50 min ədəddən çox olan daşların pulunun bir qismi ödənilsə də, yerdə qalan qisminin ödənilməsindən imtina edilib. 


 


Mircəfər Əsgərov bildirib ki, hazırda Əli Əsgərovun ona 10 min manat borcu var. «Hər dəfə zəng edəndə müxtəlif bəhanələr gətirir. İndi də təhdid edir. Deyir ki, qardaşlarından biri nazir müavini, o biri həbsxana rəisi, biri də icra başçısıdır və başıma oyun açar». 


 


Verilən məlumata görə, Əli Əsgərov heç də kasıb biri deyil. Onun yetərli qədər maddi imkanları var. Məsələn, stansiya rəisinin Qovlar qəsəbəsində ümumi dəyəri 5 milyon manata yaxın olan villasının olduğu deyilir. Bundan başqa, yenə həmin qəsəbədə meyvə-tərəvəz saxlanılması üçün iri refrejatorları var ki, həmin işi də qaynının adına keçirib. 


 


Hərçənd stansiya rəisinin də adı bir neçə dəfə qalmaqala qarışıb. Məsələn, 31 iyul 2013-cü il tarixində Qovlar Dəmiryolu Stansiyasının rəisi olan zaman Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağırılan vətəndaşın əlindən tüfəngi alaraq, atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və həmin şəxs yaralanıb. Məlumatda qeyd olunur ki, hadisədən sonra təkcə işdən çıxarılmaqla deyil, həm də həbs təhlükəsi ilə üz-üzə qalmış Əsgərovu qardaşlarının yardımı ilə «oyundan» çıxarıblar. Həmçinin ortalıq yatışsın deyə onu Dəllər stansiyasının rəisi təyin etdiriblər. 


 


Bu əsnada, onu da bildirək ki, Əsgərovlar 4 qardaşdırlar və hamısı da vəzifə başındadırlar. Belə ki, Arif Əsgərov hazırda nəqliyyat nazirinin müavinidir. Eyvaz Əsgərov isə 2 saylı İslah-Əmək Kaloniyasının rəisidir. Bir müddət əvvəl onun rəisi olduğu kalonda bir dustaq digərini bizlə vuraraq, öldürmüşdü. Həmin vaxt ciddi problemlə üzləşən Əsgərovu qardaşları vəziyyətdən çıxara bildilər və iş ört-basdır olundu. 


 


Ayaz Əsgərov hazırda Qazax rayonunun icra başçısıdır və fəaliyyətindən əhali xeyli narazılıq edirlər. 


 


Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. (jam.az)


 


Teqlər:
Bu xəbər cəmi 905 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR