Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Elə cəsarətdən, ləyaqətdən danışan niyə ölkəni qoyub qaçdı?" -Sabiq nazirdən Mütəllibova sərt sözlər


Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun modern.az-a verdiyi müsahibədə mərhum həmkarı Əbülfəz Elçibəy barədə “primitiv millətçi” ifadəsini işlətməsi siyasi müstəvidə rezonans yaradıb.


 


Moderator.az xəbər verir ki, Ayaz Mütəllibovun bu ittihamlarını cəbhə iqtidarı dönəmində Müdafiə naziri işləmiş Rəhim Qazıyev cavab verib. Rəhim Qazıyev hafta.az-a açıqlamasında bildirib ki, o,  Ayaz Mütəllibovun bir çox ifadələri ilə heç vaxt razılaşmayıb: “O, ölkənin ilk prezidenti kimi bir az özünə hörmət etsə, yaxşıdır. İstərdim ki, onunla qabaq-qabağa oturub debat edək; o, prezident olub, mən də həmin dövrün fəallarından biri. Üstəlik, sonradan Müdafiə naziri kimi də işləmişəm. Ona deyiləcək sözlərim var. Yaxşı olar ki, birinci prezident kimi Mütəllibov öz yerində otursun. Ağzına gələn ifadələri işlətməsin, yoxsa mən onun haqqında kifayət qədər şey deyərəm. Əsaslı fikir də söyləyə bilərəm. Özü də mən bilmədiyim şey haqqında danışmaram. Ayaz Mütəllibova məsləhətim budur ki, birincisi, bildiyi şeylər haqqında danışsın. İkincisi də, öz gözündə tiri qoyub, başqasında tük axtarmasın”.


 


Rəhim Qazıyev Elçibəyin “Kəlbəcəri vermək lazımdır, təki  Ermənistanda demokratiya inkişaf etsin” fikrini işlədib-işlətmədiyinə də münasibət bildirib: “Elçibəyin “Kəlbəcəri verək ki, Ermənistanı işğalçı ölkə kimi tanısınlar” ifadəsi işlətdiyini eşitməmişəm. Həmin vaxt mən iki aya yaxın idi ki, istefa vermişdim. İşlədib-işlətmədiyini deyə bilmərəm”.


 


Keçmiş Müdafiə nazirinin sözlərinə görə, Ayaz Mütəllibov Azərbaycanın ən ağrılı vaxtlarında prezident olsa da, amma heç vaxt baş verən hadisələrdə özünü günahlandırmayıb: “Hazırkı durumda bəzi adamlar özlərini "Milli qəhrəman"a çevirirlər. Bu bizim ən böyük faciəmizdir. Əbülfəz bəyin dövrünə təsadüf edən Kəlbəcərin işğalı, ayrıca bir mövzudur. Ayaz Mütəllibov onun haqqında fikir söyləyə bilməz. Mütəllibov elə cəsarətdən, ləyaqətdən danışırsa, niyə ölkəni qoyub qaçdı? Özü də hərbi təyyarə ilə ölkəni tərk etdi. O vaxt canını götürüb qaçanlar, indi qəhrəmanlıqlarından danışırlar”.

Teqlər:
Bu xəbər cəmi 740 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR