Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Moderator.az-a bildirilib.
“Kommissiya 34 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 32-si mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 2-si isə məhkəmə orqanlarındadır”, - deyə kommissiyadan qeyd edilib.
Qeyd edək ki, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu dekabrın 10-dan 29-dək Komissiya tərəfindən aparılacaq. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.