Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Daha iki quda təhlükədə: “Ancaq villada görüşürlər...”

Daha iki quda təhlükədə: “Ancaq villada görüşürlər...”


Noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov istintaqa cəlb olunub. Hüquq-mühafizə orqanlarına yaxın mənbəmiz deyib  ki, sabiq nazir haqda "heç yerə getməmək" barədə qətimkan tədbiri seçilib. Məlumata görə, onu nazirlikdəki korrupsiya faktları və MTN-in həyata keçirdiyi gizli dinləmələrlə bağlı dindirirlər. 



Milli.Az musavat.com-a istinadən bildirir ki, xidməti avtomobilini təhvil verən sabiq nazir istintaqa ailəsinin istifadə etdiyi şəxsi maşınla və maksimim gizlilik şəraitində gedir. Xəbərə görə, onu  Şüvəlanda yerləşən bağ evində  ziyarət edənlər sırasında indi yalnız bir nəfər iqtidar adamı var: "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev. Qeyd edək ki, bir müddət əvvəl səlahiyyətləri xeyli azaldılan E.Pirverdiyev sabiq nazirlə qudadır.  Belə ki, Əli Abbasovun oğlu Eldar Abbasov ötən il Etibar Pirverdiyevin qızı ilə ailə həyatı qurub.  Yeri gəlmişkən, E.Pirverdiyevin rəhbərlik etdiyi qurumun  Beynəlxalq Banka olan 104 milyon borcu səbəbindən istintaqa çağırıldığı məlumdur. Amma indi belə xəbərlərdə var ki, onu həm də qudası ilə bağlı dindirirlər.  



Ondan qudası ilə bağlı nə soruşduqları bəlli deyil.  Ə.Abbasovun 10-dək ən yaxın kadrı hazırda korrupsiya ittihamı ilə həbsdədir və demək olar ki, bütün mənimsəmə sənədlərində sabiq nazirin imzası və ya razılığı var. Ə.Abbasovun Azərbaycan Dövlət İqtisad Universitetində rəhbəri olduğu kafedra müdiri vəzifəsindən də uzaqlaşdırıldığı deyilir. Onun uzun illərdir  rəhbərlik etdiyi dünya iqtisadiyyatında informasiya texnologiyaları kafedrasındakı yeri hələ ki vakant saxlanılıb, amma baş verən rüsvayçı hadisələrdən sonra onun müəllim kimi auditoriyaya girməsi mümkünsüz görünür.   





Noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilən və eyni zamanda, nazir vəzifəsini icra edən Ramin Quluzadə isə Ə.Abbasovun yaxın kadrlarını  da nazirlikdən təmizləyir. İddiaya görə, nazirlikdə korrupsiya faktlarının miqyası o qədər böyükdür ki, yeni həbslər də qaçılmazdır. Bu səbəbdən də R.Quluzadə indidən şübhəli reputasiyalıları nazirlikdən uzaqlaşdırır. İşdən çıxarılanlar arasında bir məşhur soyad da var - Mərdanov.  Nazirliyin həbsdə olan Aparat rəhbəri Vidadi Zeynalovun müavini İlham  Mərdanovun iki gün əvvəl vəzifəsindən azad olunması barədə sərəncam imzalanıb (azpolitika).   



İlham Mərdanov keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır. O, MTN işi çərçivəsində həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın ətrafına daxil olub. Bəzi məlumatlara görə, İ.Mərdanov qanunsuzluqlara göz yumması müqabilində hər ay Vidadi Zeynalovdan 5 min manat "paket" alıb.



Onun tezliklə həbs və ya işdən kənarlaşdırılacağı barədə dəqiq informasiya verilməsə də, həbsə atılan Vidadi Zeynalovla yaxın münasibətlərdə olduğu vurğulanır. Elə buna görə də aparat rəhbərinin müavininin səksəkə içərisində son aqibətini gözlədiyi bildirilir. "Yeni Müsavat"ın məlumatına görə, V.Zeynalov əslində Əli Abbasovun deyil, Misir Mərdanovun kadrıdır. 





Belə ki, Əli Abbasov İqtisad Universitetinin rektoru olanda prorektor vəzifəsinə Vidadi Zeynalovu məhz o zaman təhsil naziri işləyən M.Mərdanov təyin edib. Məlumata görə, bu təyinata qədər V.Zeynalov  işsiz imiş. Vidadi Zeynalov keçmişdə Misir Mərdanovun ona etdiklərini unutmayıb, Əli Abbasov nazir  getdikdən sonra o da Aparat rəhbəri postuna yerləşib. Sonra isə M.Mərdanova yaxşılığının əvəzini ödəməyə çalışıb. İlham Mərdanov 2005-ci ildə nazirlin Strateji Planlaşdırma və Elmi Potensial şöbəsinin müdiri olub. 2007-ci ildə isə nazirliyin Aparat rəhbərinin müavini təyin edilib. Aparat rəhbərinin müavini olsa da, o da Əli Abbasov kimi Dillər Universitetində kafedra müdiri vəzifəsini tutub. V.Zeynalovun "sağ əli" kimi tanınan İ.Mərdanovun da istintaqa cəlb olunduğu və bir neçə dəfə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirildiyi bildirilir.   





Maraqlıdır ki, son aylar Misir Mərdanovun qardaşının adı dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevin məhkəməsində də hallanıb. Zərərçəkənlərdən biri Əmiraslan Mustafayev məhkəmədə oğlunu dövlət ali məktəblərinin birinə köçürmək istəyib. O deyib ki, arada olan Elman adlı şəxsə 6 min manat verib. "Elman Məmmədov oğlumu hətta keçmiş təhsil naziri Misir Mərdanovun qardaşı İlham Mərdanovla da tanış etmişdi. Rabitə Nazirliyində çalışan İlham Mərdanov da köçürülməyə köməklik edəcəyinə söz veribmiş".  



Nazir əvəzi İlham Mərdanovla ərizəsi alınanlar sırasında  nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin rəisi Elnur Aslanov, İnfrastrukturun inkişafı şöbəsinin rəisi, mərhum Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılov kimi tanınmışların, həmçinin ölkədə nüfuz sahibi olan digər yüksək çinli vəzifəli şəxslərin yaxın qohumlarının adları da var. Strateq.az saytı yazır ki, Ramin Quluzadə yaxın günlərdə kimlərlə işləyəcəyi haqda qəti qərarını verəcək. Çox güman ki, nazirliyin 11 şöbəsi və birbaşa aparata tabe olan bir neçə qurumun müdirlərinin əksəriyyəti ilə yollarını ayıracaq.

Milli.Az


Teqlər:
Bu xəbər cəmi 1985 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR