Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bayıl bazarı sökülür

Bayıl bazarı sökülür


Bakının ən məşhur ticarət məkanlarından biri, Səbail rayonunda yerləşən köhnə Bayıl bazarının taleyi həll olunur.



“Qafqazinfo” bizimyol.info-ya istinadən xəbər verir ki, bazarı sökmək və onun yerində müasir ticarət mərkəzi tikmək istəyirlər. İnsafən, Bayıl bazarı çox köhnə təsir bağışlayır, daxildən və xaricdən şəhərin memarlıq görkəminə uyğun gəlmir. Bazarda alver edənlərin dediklərinə görə, onlar hələ heç nə bilmirlər.



"Bura hansısa adamlar gəlmişdilər, amma söküntü barədə heç nə demədilər. Danışırdılar ki, bazardakı obyektlər müasir tələblərə cavab verməlidir. Bazar böyük deyil. Burada ikimərtəbəli obyekt də var. Meyvə, tərəvəz, geyim ticarəti gedir", - ticarətçilərdən biri dedi. Bazarda isə boşluqdur, alıcıların sayı satıcılardan dəfələrlə azdır. Köhnəlmiş bazarın ciddi təmirə ehtiyacı var.



Ümumi sahəsi 1870 kvadrat metr olan bazarda onlarla obyekt var. Bazar ərazisində 2004-cü ildə ikimərtəbəli obyekt tikilsə də, təyinatı üzrə istifadə olunmayıb. Hazırda bu binada məcburi köçkünlər yaşayır.



Adının çəkilməsini istəməyən sahibkarlardan birinin dediyinə görə, iki ay əvvəl iş adamlarını Səbail Rayon İcra Hakimiyətinə yığmışdılar: "Dedilər ki, bazarı yeniləmək gərəkdir. Layihənin hazırlanması və sənədlərin tərtibatında kömək edəcəklərini də söylədilər. Maddi durumumuzu söyləyəndə sponsor yardımlarının olacağını dedilər. Hələ də konkret heç nə yoxdur, layihə də hazırlanmayıb. O vaxtdan bəri kimsə gəlməyib, bizimlə danışmayıb", - sahibkar dedi.



Səbail RİH-dəki mənbə də bazarla bağlı iki ay əvvəl sahibkarlarla görüş faktını təsdiqlədi. İndisə bazarın sökülməsi və onun yerində ikimərtəbəli ticarət mərkəzinin tikilməsi təklif olunub. "Layihə hələ hazır deyil. Memarlar işləyirlər", - mənbə dedi.



Bayıl bazarının sökülməsi məsələsi gündəmə gəlibsə, deməli, "20-ci Sahə"də və ümumiyyətlə, Bayıldakı köhnə evlərin sökülməsi, onların yerində müasir binaların tikilməsi planı da var.(day.az)


Teqlər:
Bu xəbər cəmi 1935 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR