“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir.
“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb. Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir.