Hazırda Beynəlxalq Avtovağzal ərazisində qorxulu nəsə müşahidə etməmişik. Gecə də, gündüz də ərazidə iş gedir. "Qafqazinfo" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Beynəlxalq Avtovağzal Kompleksinin yeni baş mühəndisi Kamran Sultanov deyib.
O, ərazidə sürüşməyə səbəb olan yamacların sökülməsi ilə bağlı iş getdiyini də qeyd edib:
“Yamacların sökülməsi üçün işlər görülür. Hələlik istinad divarları çəkilir. Gün ərzində burdayıq. Həmin ərazidə çalışan şirkətin əməkdaşları ilə hər hansı təhlükəli məqam olanda dərhal qarşısını alırıq. Hətta baş verən çöküntünün avtovağzal üçün heç bir təhlükəsi olmasa da, kompleksin qarşısındakı ərazi yumşaq torpaqdan ibarət olduğu üçün ehtiyatı əldən vermirik”.
Baş mühəndis Binəqədi rayon İcra Hakimiyyəti nümayəndələrinin əraziyə gəlməsinə də aydınlıq gətirib: “9 gündür vəzifəyə təyinat almışam. Bu müddət ərzində icra hakimiyyəti nümayəndələrindən kimsə bura gəlməyib”.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin önündəki yolda sürüşmə neçə müddətdir davam edir.