“Günəşli” platformasının 10-cu özülündə baş verən yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə "Azneft" Istehsalat Birliyində "Günəşli" yatağının 10-cu özülünün platformasında qəza ilə bağlı yaradılmış qərargahda keçirilən növbəti mətbuat konfransında IB-nin baş mühəndisi Balamirzə Ağarəhimov deyib. O bildirib ki, mütəxəssislər ümumi vəziyyəti müzakirə ediblər. Hazırda onlar 10- cu özüldədirlər.
Həmçinin İB sədri əlavə edib ki, yanğın zamanı ekologiyaya fəsad olmur: “Hazırda gəmilərə xüsusi nasosların quraşdırılması prosesi davam edir. Yanğın ilk gündəkindən xeyli aşağıdır. Gəmilər yanğının azalması üçün bütün tədbirləri görürlər”.
Onun sözlərinə görə, həmin gün əməkdaşlar iş sahəsində olmadığına görə ilk partlayış zamanı heç kim xəsarət almayıb: “Əgər iş prosesi dayandırılmamış olsaydı, işçilər xəsarət alardı. Bizim qaydalara uyğun olaraq işlərin məhdudlaşdırılma mexanizmi var”.