Türkiyə İraqın Mosul şəhərinə 150 əsgər göndərib.
“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, İŞİD-ə qarşı mübarizə aparan Peşmərgənin iki ildən çox Mosul şəhərində olan hərbi birlikləri dəyişdirilib.
Məlumata görə, Başik bölgəsinə təxminən 150 əsgər Peşmərgə qüvvələrinə hərbi təlim keçmək məqsədi ilə göndərilib.
Dəyişmə səbəbi ilə bölgəyə 20-25 tank da yollanılıb.