Azərbaycanda səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlu ADA universitetində çıxış edib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir Bakıdan rəsmi İrəvana səslənib:
“Türkiyə-Azərbaycanın aldığı bütün qərralar Asiya coğrafiyasında öz təsirini göstərir.
2009-da Xarici işlər naziri vəzifəsinə gələndə 9 ölkədə konsulluğumuz var. İndi isə 39 ölkədə nümayəndəliklərimiz var.
Suriyada qatil və barbar terrror təşkilatlarından və qatil bir rejimdən qaçan qardaşlarımıza qapımızı açdıq və bundan qürur duyuruq
Azərbaycanın işğal altındakı torpaqları işğaldan qurtulana qədər Türkiyənin yanında olduğunu söyləmək istəyirəm. Ermənistana buradan çağırış etmək istəyirəm. Sizə aid olmayan torpaqların geri qaytarılması məsələsində sülh prosesinə gedilərsə, biz d bu prosesi dəstəkləyəcəyik.
Mədəniyyət, enerji, ticari məsələlərdə Azərbaycan, Türkiyə və Gürcüstanın atdığı addımlar Qafqaza barış gətirəcək.
Türkiyə-Rusiya əlaqələri Ak partiya dövründə daha da inkişaf etdi. Həttar xaricdə buna görə müzakirə də olunduq. NATO üzvü olan bir ölkənin Rusiya ilə səmimi olması bir çox tənqidlərə səbəb oldu. Bir Rusiyanı hər zaman qardaş olaraq gördük. Rus xalqı qürurlu bir xalqdır. Türkiyə heç kimə yuxarıdan baxmaz, amma heç kimin də təpədən baxmasına izn verməz.
Hər kəsin sərhədlərinə hörmət edirik, bizim də sərhədlərimizə hörmət edilməsini istəyirik. Rusiyanın Türkiyəyə qarşı mənfi bir kampaniya başlatmasını qəbul edə bilmərik.
Dəfələrlə Türkiyə üzərindən Türkmən dağları bombalandı. Biz dəfələrlə xəbərdarlıq etdik. Gözümüzün önündə Türkmən dağında türkmənlər qətl edilərkən, İŞİD-in olmadığı yerdə mülki vətəndaşlara bomba yağdırılarkən səbrlə gözlədik
Rusiyadakı liderlərə, cənab Putinə çağırış edirəm, gəlin məsələlərimizi danışaraq. Üz-üzə həll edək. Lakin 15 gün əvvəl səsləndirmədiyiniz, gündəmdə olmayan “Türkiyə İŞİD-ə dəstək olur” iddiaları ilə soyuq müharibə dövrünü xatırladan kampaniyaları bir-birimizə qarşı istifadə etməyək”.