Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan oliqarxları icra başçısı postlarını necə zəbt ediblər? - qardaş, quda, əmioğlu...

Azərbaycan oliqarxları icra başçısı postlarını necə zəbt ediblər? - qardaş, quda, əmioğlu...

Azərbaycanda vəzifələrə təyinatlar zamanı əsasən yerlibazlıq və qohumbazlıq prinsiplərinin əsas götürdüyü yeni xəbər deyil. Bu iki prinsip ölkə rayonlarına icra başçısı təyinatları zamanı da keçərlidir. 


Əsas səbəb isə bölgələrin iri məmurlar arasında bölüşdürülməsi, bir növ, hər oliqarxın öz "quberniyasını” formalaşdırmasıdır.  


Qaynar.info Azərbaycan rayonlarına hansı aparıcı məmurların yaxın qohumlarının rəhbərlik etdiyini müəyyənləşdirməyə çalışıb. Araşdırmalarımız nəticəsində məlum olub ki:


Vergilər naziri Fazil Məmmədov Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovla qohumdur. Belə ki, icra başçısı nazirin bacısının həyat yoldaşıdır.


Ağsunun icra başçısı isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevdir. Yeri gəlmişkən, "Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Səlim Müslümovun digər dayısıdır. S. Müslümovun bibisinin əri isə Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur.  


Ucar Rayon İcra Hakimiyyəti başçısı Mansur Məmmədov isə nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. O, bundan əvvəl Zərdab və Göyçay rayon İcra Hakimiyyətlərinin başçısı olub.


Şirvan şəhər İcra Hakimiyyətinə isə müdafiə sənayesi naziri Yavər Camalovun yaxın qohumu rəhbərlik edir. Belə ki, şəhərin icra başçısı Mərdan Camalov onun qardaşıdır.


2007-ci ilin fevralında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Tofiq Zeynalov Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun, Tovuzla qonşu olan Qazax rayonunun icra başçısı Ayaz Əsgərov isə Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır.


 "Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonuna rəhbərlik edir. O bundan əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etmişdir.


Samux rayonunun icra başçısı Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.


Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumudur.


2011-ci ilin aprelində Zəngilan rayоn İcra Haкimiyyətinin başçısı təyin оlunan Ramiz Həsənov "Qaçqınkom” sədri, baş nazirin müavini Əli Həsənovun qardaşıdır. 


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır. E. Vəliyev daha əvvəl Yevlax rayonunun icra başçısı olub. 

Teqlər:
Bu xəbər cəmi 925 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR