Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Baku-Bus”MMC-də nələr baş verir?- İNANILMAZ FAKTLAR

“Baku-Bus”MMC-də nələr baş verir?- İNANILMAZ FAKTLAR


 




Bakı Şəhər İcra Hakimiyyəti nəzdində müasir və yeni avtobuslarla təmin olunmuş “Baku-Bus” avtobus parkının yaradilması paytaxt sakinlərinin sosial həyatına daxil olan mühüm amillərdəndir. Ancaq əldə edilən sənəd və sübutlar, faktlar başqa mətləblərdən xəbər verir. Prezidentin diqqət mərkəzində olan bir müəssisədə baş verənlər nədən qaynaqlanır?



Şikayətçilərdən biri Rüstəm Mirzə baş verənləri ətraflı izah etdi, başına gələnləri söylədi. Sonra razılaşdıq ki, özü ilə bərabər bəzi məsələləri elə yerindəcə araşdıraq…



«Qaş qayıran yerdə vurub göz çıxaran»ların yerlibabazlığı…




Şikayətçi Rüstəm Mirzənin məktubundan: «…Şirkətdə müşahidə kameralarının quraşdırılması və onlara nəzarət üzrə mütəxəssis olduğumdan ilk gündən “Baku-bus” MMC-yə işə dəvət olundum. Təbii ki, bir neçə ay, heç əmək haqqı belə almadan bütün parklara və otaqlara müşahidə kameralarını quraşdırıb, onların nəzarət monitorlarına ötürülməsini tam təmin etdim. Fikirləşirdim ki, bura mənim gələcək iş yerimdirsə, hər bir əziyyətə dözməliyəm. Belə yerdə deyiblər, “sən saydığını say, gör fələk nə sayır”. Bəli, şirkət fəaliyyətə başladı. Ancaq şirkətin idarə olunması bir «ailə podratı»nın nəzarətinə keçdi. Belə ki, təməli yenicə qoyulmuş “Baku-Bus” sirkətinin direktor müavini, əslən cənub bölgəsindən (Lənkəran-Masallı) olan Kərimov Vüsal Ağaməmməd oğlu ətrafına yalnız öz qohum- əqrabasını, yaxın dostlarını və həmkəndlilərini topladı. V.Kərimovu şirkətin mənafeyi naminə bacarıqlı mütəxəssislərin işə cəlb edilməsi yox, öz şəxsi maraqlarını təmin etmək üçün qohum-əqrabanı başına toplamaq daha çox maraqlandırırdı. Elə ona görə də yeni yaradılmış və mətbuatın gözündən uzaq düşmüş şirkətdə qanunsuzluqlar, hərci- mərcilik baş alıb gedirdi. Bu qanunsuzluqların bəziləri ilə sizləri də taniş etmək istıyirəm…».

“Baku-Bus”MMC-də nə baş verir?-İNANILMAZ

«Ailə podratı» işə düşdü, amma MMC-nin gözlənilən fəaliyyəti işə düşmədi…



Şikayətçi Rüstəm Mirzə yazır: «…Amil Kərimov (V.Kərimovun əmisi oğlu), şirkətin Mühafizə və Nəzarət Departamentinin koordinatorudur. Kərimov Camal Ziyad oğlunun (V.Kərimovun qohumu və əsas adamı) əvvəlki vəzifəsi Qaraj və Təsərrüfatı İdarəetmə şöbəsinin rəisi olub. V.Kərimovun sayəsində 01.11.2015-ci il tarixdən Mühafizə və Nəzarət Departamentinin şöbə rəisi kimi yüksək bir vəzifəyə təyin edildi. V.Kərimov həmkəndlisi olduğu üçün (Cənub bölgəsi) Məhərrəmova Zəminə Naib qızını İnsan Resursları üzrə şöbə müdiri təyin etdi. Məlumat üçün jye lf bildirim ki, “Baku-bus” MMC-nin direktoru Məlik Nəcəfovdur. İnsafən, yaxşı insandır. Amma şirkətə yaxşı insan yox, sərt, tələbkar rəhbər lazımdır… Faktiki rəhbərliyi isə təəssüflər olsun ki, Vüsal Kərimov həyata keçirir və ona görə də “burda mənəm, Bağdadda kor Xəlifə” prinsipi ilə işləyir. Şirkətdə isə direktorun iki müavin var. Onlardan biri qeyd etdiyimiz kimi, Vüsal Kərimov, ikincisi isə təhlükəsizlik üzrə direktor müavini Qiyas Qasımovdur. Məhz Qiyas Qasımovun təşəbbüsü və Mühafizə və Nəzarət Departamenti koordinatorunun dəvəti ilə bu il iyulun axırında görüşüb, şirkətdə video nəzarət şöbəsinin yaradılması barədə təklif aldım. Bir sıra şərtlər əsasında təkliflər bunlar idi:




 






1.Texniki işlərin təşkili.

2.Video nəzarət şöbəsinə işə götürüləcək 6 nəfərlik işçi heyətinə, video nəzarət otağında quraşdırılmış avadanlıqla işləməyin öyrədilməsi.

3.Təlim-tədris kursu keçərək, işin necə aparılmasını yeni gələn işçilərə öyrətmək.

4.Görülmüş işin qeydiyyata alınması, rəhbərliyə məruzə edilməsi və bir sıra digər zəruri texniki şərtlərin həyata keçirilməsi. 




 






Biz 1 avqust 2015-ci ildə işə başladıq və məndən tələb olunan bütün işləri yerinə yetirdim. Video kameraların quraşdırıması və onlara nəzarət edəcək monitorlara ötürülməsi işlərini tam başa çatdırdım. Yeni işə götürülən 5 nəfərə işin mahiyyətini öyrətdim. İşlədiyimiz dövrdə heç bir ciddi nöqsan və qüsurumuz olmayıb. Təbii ki, olsaydı, bunu yeni iş yeri kimi aradan qaldırardıq, bizə əlavə tapşırıq verilərdi. Bunlar baş verməyib. Bu müddətdə verilən əmək haqqı bağlanan müqavilədə göstərilən məbləğdən aşağı olsa da, düzündük ki, gələcəkdə yaxşı olacaq... Və 2015-ci il oktyabrın 29-da adəti üzrə işə gəldim və Amil Kərimov bizə belə bir “şad” xəbər çatdırdı: ”Yuxarı”dan deyilib ki, video nəzarət şöbəsində işləyənləri qovun getsinlər”. Məsələyə aydınlıq gətirmək üçün soruşdum ki, kim bizim qovulmamız barədə göstəriş verib, direktor Nəcəf Məlikov, yoxsa müavin Vüsal Kərimov? A.Kərimov bildirdi ki, “Yox, bu, lap “yuxarı”nın göstərişidir”. Bir də soruşdum: -Axı direktor Nəcəf Məlikovdan yuxarı vəzifədə kim var bu şirkətdə? Nəhayət, A.Kərimov bildirdi ki, bəs Adil məllim bu göstərişi verib. Hərçənd mən o ana qədər Adil məllimin kim olduğunu bilmirdim. Amma həmin zaman məndə belə bir sual yarandı: -Görəsən Adil məllim kimdir və nəyə görə bizim heç bir nöqsanımız olmadan bizi işdən qovur ? Axı, mən də, digər yoldaşlar da əvvəlki iş yerimizi itirmişik və bizi təkrarən ora kim bərpa edəcək? Məsələ elə də bitdi! Üzr istəyirəm ifadəmə görə, bizi qoyun sürüsü kimi işdən qovdular. Amma A.Kərimov belə bir xəbərdarlıq etməyi də unutmadı: “Hara və kimə istəyirsiniz şikayət edin, onsuz da sizin sözünüz bizim sözümüzün yanında heç nədir”. 

Axı direktor müavini, şirkətin faktiki sahibi, Vüsal Kərimov onun əmisi oğludur və Kərimovlar bu şirkətdə söz sahibidirlər. Və mən işşdən qanunsuz olaraq qovulandan sonra “yuxarı”dakı Adil müəllimin kimliyi ilə maraqlandım…".




 






(Davamı var)



(Təzadlar)



Teqlər:
Bu xəbər cəmi 1035 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR