Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsildə yeni rüşvət mənbəyi yaradılır?

Təhsildə yeni rüşvət mənbəyi yaradılır?
“Dərsdən yayınmaya görə cərimələnməyi məqbul saymıram”


Inzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişıkliklər layihəsində nəzərdə tutulan Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi ilə əlaqədar məsələ barədə Moderator.az - a açıqlama verən təhsil eksperti Nadir İsrafilov məcəlləyə təklif olunan  dəyişikliyı düzgün hesab etmədiyini bildirib.Ekspertə görə belə bir sanksiyanın tətbiqi digər daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. Bu əslində övladın əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri ciddi araşdırılmalı, məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.N. İsrafilovun sözlərinə görə Sovet dönəmində təhsildən yayınmaya görə məktəb rəhbərlərinə qarşı vəzıfədən azad olunmaya  qədər ən ağır cəza tətbiq olunurdu, rüb ərzində 40 saat dərs buraxan şagirdin biliyi isə qiymətləndirilməmış hesab olunurdu.“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla” şərtinə qalınca isə, belə səbəblər həmişə tapılıb və bundan sonra da tapılmayacağına heç kəs zəmanət  verə bilməz. Nəzərə alsaq ki, dərsdən yayınmada maddiyatla bağlı məsələlərin də həlledici rolu vardır, onda bu cərimələr əhalinin müəyyən sosial təbəqəsi üçün əlavə problemlər yaradacağını da istisna etmək olmaz.“Hesab edirəm ki, dərs hesabına repetitor yanına gedənlərə şərait yaradanlara qarşı konkret və əməli tədbirlərin görülməsı bu sahədə vəziyyətin normallaşmasına öz töhvəsini verə bilər. Məktəb mühitinin sağlamlaşdırılması istiqamətındə konkret tədbirlərin həyata keçırilməsi daha çox effekt verər, nəinki valideynlərin cərimələnməsi. Dərsdən yayınmadan daha ziyanlı tendensiya intişar tapmaqdadır ki, bu da təhsildən yayınmadır. Xüsusilə regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir” - N. İsrafilov bildirib. 


Teqlər:
Bu xəbər cəmi 765 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR