Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabunçunun icra başçısı əlilə iki sot torpağı qıymır...

Sabunçunun icra başçısı əlilə iki sot torpağı qıymır...


Sabah-3 dekabr Beynəlxalq Əlillər günüdür.



Beynəlxalq Əlillər Günü ərəfəsində Moderator.az-a müraciət edən 1-ci qrup əlil, 1965-ci il təvəllüdlü Hüseynov Məmmədhüseyn Ağamirzə oğlu səsinin bizim vasitəmizlə müvafiq qurumlara çatacağına ümidlidir.



3 ildir ki, Mərdəkan Müalicə Pansionatında yaşayan, kimsəsiz kimi Sabunçu rayonunun Albalıq deyilən ərazisində qeydiyyata götürülmüş Hüseynov Məmmədhüseyn çox şey istəmir, həyatda ən böyük arzusu cəmi-cümlətanı ikicə sot torpağa sahib olmaqdır.



Şikayətçi deyir ki, torpağı olsa, həm koma tikər, həm də özünün dolanışığını təmin edər: "İki sot torpaq versinlər. Demirəm ki, özümə ev tikəcəm. Hin kimi düzəldim, arabım-zadım girsin, yetər. Əziyyət çəkirəm vallah, iki sot torpaq nədir ki, onu mənə qıymırlar? Dövlət sağ olsun, vəsait-filan ayırır, amma o mənə gəlib çatmır. Dava-dərmanı ona-buna yalvara-yalvara alıram. Kiminlə ailə qurmaq istəyirəmsə, pansionatda yaşadığımı görüb gəlmir mənə. Torpağım olsa nəsə əkər və satar, çörəkpulumu eləyərəm də. Ya da iki dənə toyuq, iki dənə qaz saxlayaram məni dolandırar da. Şükür, əlim-qolum işləyir. Mən icra hakiminin ikinci müavinin yanına getdim, o dedi, get bələdiyyə müraciət elə. Bələdiyyə sədri icra nümayəndəsinin üstünə göndərdi. Mən də əlil adamam. Taksi ilə gedib-gəlirəm harasa. Taksiyə verməkdən pulum da qurtardı, qaldım yolda. İki sot torpaq onların əlində nədir ki, məni belə get-gələ salırlar. Ev-zad istəmirəm vallah, iki sot torpaq versinlər bəsimdir".





Biz də ümid edirik ki, Sabunçu rayon İcra Hakimiyyətində bu yazını oxuyacayaq və Məmmədhüseyn Hüseynovun ən böyük arzusunu gözündə qoymayacaqlar. 


Teqlər:
Bu xəbər cəmi 935 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR