Bu gün saat 17:30 radələrində Bakı metropolitenində tüstülənmə olub.
"Qafqazinfo"nun gün.az-a istinadən verdiyi xəbərə görə, hadisə “28 may” stansiyasına gedən tuneldə baş verib.
Bununla əlaqədar, qatarların hərəkəti bir neçə dəqiqəlik dayandırılıb. Sərnişinlər qatardan çıxarılıb. Onların arasında panika yaşanıb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tüstülənmə tuneldəki naqillərdə qeydə alınıb.
“Hazırda hadisənin səbəbləri aydınlaşdırılır”, - deyə o, əlavə edib.