Yenimeydan.info xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.Qurum rəsmisi sürücülərə xəbərdarlıq edərək bildirib ki, artıq bu həftədən etibarən Bakıda küçə və prospektlərdə gizli yol patrulları xidmətə başlayıb:"Gizli patrullar xüsusi rəng qrafikası və üzərində fərqləndirici yazısı olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə xidmət aparırlar. Ona görə də sürücülər avtomobillə hərəkətdə olarkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər".Xatırladaq ki, K.Əliyev ötən həftə bildirmişdi ki, artıq Azərbaycanda qarışıq və gizli yol patrul xidmətinin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda ölkəyə əlavə nəqliyyat vasitələri gətiriləcək.