Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Eldar Mahmudovla bağlı daha iki ad: “Space” şefi Vaqif Mustafayev və deputat-rektor

Eldar Mahmudovla bağlı daha iki ad: “Space” şefi Vaqif Mustafayev və deputat-rektor


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan və onun adı ətrafında qalmaqallı proseslər başladıqdan sonra atası, iqtisadçı alim, akademik Əhməd Mahmudovun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qoyulan heykəli söküldü.



Bundan başqa, akademikin adının “Palmali” şirkətinə məxsus gəminin üzərindən silindiyi barədə də məlumat yayılıb. Qeyd edək ki, 2007-ci ilin mayında Nijni Novqorod şəhərinin “Krasnoye Sormovo” gəmiqayırma zavodunda adıçəkilən holdinqin sifarişi ilə inşa edilən gəminin suya salınma mərasimi keçirilib və məlum olub ki, beş quru yük gəmisindən sonuncusu olan bu gəmi məhz Əhməd Mahmudovun adını daşıyır.



Qeyd edək ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun da qatıldığı mərasimdə çıxış edən sabiq nazir Eldar Mahmudov atasının xatirəsinə göstərilən ehtirama görə “Palmali” prezidenti Mübariz Mənsimova təşəkkür edib. Nə təsadüfdür ki, Mahmudovun “vurulmasından” sonra yerli mətbuatda Mənsimov barədə tənqidi materiallar yayılmağa başlayıb, o hətta İŞİD terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunub (baxmayaraq ki, “Palmali” prezidenti bu iddianı sərt şəkildə yalanlayıb və iddia müəlliflərini məhkəmə ilə hədələyib).



Qaynar.info-nun araşdırması nəticəsində məlum olub ki, Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri təyin edildikdən sonra onun atasının həyat və fəaliyyətinə maraq birdən birə xeyli artıb. Aradan keçən müddətdə Ə. Mahmudovla bağlı ən azı 3 kitab (AMEA-nın müxbir üzvü Teymur Kərimlinin “Akademik Əhməd Mahmudov”, Məmməd Əlizadənin “Şahtaxtıdan başlanan ömür” və Məmməd Əfşanın “Zirvə” kitabları) nəşr olunub.



Bundan başqa, onun 2008-ci ildə anadan olmasının 85, 2013-cü ildə isə 90-cı ildönümləri yüksək səviyyədə qeyd edilib. Milli Elmlər Akademiyasında keçirilən 90 illik yubiley tədbirində qurumun prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli, artıq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin o vaxtki sədri, akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü Kamal Abdullayev çıxışlarında “bildirilmişdir ki, mənalı ömür yolu, elmə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə seçilən akademik Ə.Mahmudov prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, tədqiqatçılıq əzmi, siyasi mövqeyi ilə fərqlənmişdir. O, ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirmişdir” (“AzərTAc”).



Ən maraqlı məqamlardan biri isə sabiq deputat Əhməd Vəliyevin rektoru olduğu “Odlar Yurdu” Universitetində Eldar Mahmudov nazir təyin edildikdən sonra universitetdə “hər il akademik Ə.Mahmudovun doğum günü ilə bağlı beynəlxalq və respublika səviyyəli elmi konfransların keçirilməsinə başlanılmasıdır. Bu konfranslarda universitetin, ümumilikdə respublikanın iqtisadçı alimləri, tələbələri elmi çıxışlar edir, eyni zamanda, Əhməd Mahmudovun tələbələri və dostları onun elmi və həyat fəaliyyəti ilə bağlı xatirələrini söyləyirdilər. Görəsən, Ə. Vəliyev Eldar Mahmudovla bağlı cərəyan edən hadisələrdən sonra həmin ənəni davam etdirəcəkmi?!



Ümumiyyətlə, oğlunun nazir təyinatından sonra personasına daha böyük diqqət göstərilməyə başlanılan akademikə qarşı eyni münasibətin E. Mahmudov nazir postundan getdikdən, haqqında dəhşətli ittihamlar ortaya çıxandan sonra da sərgilənib-sərgilənməyəcəyi maraq doğurur.



Onu da deyək ki, Qaynar.info-nun araşdırması başqa bir faktı da ortaya çıxarıb: məlum olub ki, tanınmış kinorejissor, “Space” telekanalının direktoru Vaqif Mustafayev isə sabiq milli təhlükəsizlik nazirinin atası haqqında film çəkibmiş. Film “O, vətənin sevirdi…” adlanır. Əhməd Mahmudovun həyatından və elmi fəaliyyətindən bəhs edən film 2013-cü ilin mayında Milli Elmlər Akademiyasında nümayiş olunub.



26 dəqiqəlik qısametrajlı həmin sənədli film bir sıra telekanallarda, o cümlədən dövlət televiziyasında göstərilib.



Xatırladaq ki, Əhməd Mahmudov Azərbaycanın 1923-cü ildə Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olan alim AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, Akademiyanın həqiqi üzvü olub. Professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.



 



İlkin Hüseynli, Qaynar.info


Teqlər:
Bu xəbər cəmi 1350 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR