Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Eldar Mahmudovu aparan konvoy yarıyoldan QAYIDIB?

Eldar Mahmudovu aparan konvoy yarıyoldan QAYIDIB?


Eldar Mahmudovun və Əli Abbasovun tutulması üçün təkzibolunmaz sübutların efirə verilməsi kimlərin marağında ola bilər? 



Milli.Az musavat.com-a istinadən bildirir ki, oktyabrın 17-də işdən çıxarılan milli təhlükəsizlik naziriEldar Mahmudovun niyə həbs edilməməsi ətrafında müəmmalı vəziyyət davam edir.  

Hələ bir ay əvvəl yazılmışdı ki, E.Mahmudov barəsində ev dustaqlığı barədə qətimkan tədbiri seçilib və sabiq nazir ciddi nəzarət altındadır. 





Ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni, bu, o deməkdir ki, E.Mahmudov barədə əvvəl həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub. Məlumatda deyilirdi ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbail Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib.  



Baş Prokurorluğun son məlumatına görə, MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib. Prokurorluq kimin barəsində ev dustaqlığı qərarı verildiyini açıqlamır. 



Baş Prokurorluğun açıqladığı siyahıdan sonra mediada ev dustağı edilən şəxsin MTN-in Əməliyyat-Texniki Baş İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova olduğu iddia edildi. Amma 19 nəfərlik həbs edilənlər siyahısında N.Mürvətovanın adı var. Bu halda isə ev dustağı edilən şəxsin Eldar Mahmudovun olması təsdiqlənir. 





***



Sabiq nazirin Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarət altında olduğu dəqiqdir. E.Mahmudov oktyabrın sonunda Badamdardakı villasından çıxarılıb və Bakı ətrafındakı dövlət bağlarından birində saxlanılır. Onun yanında yalnız xanımı qalır və onun da bayıra çıxmadığı iddia olunur. Eldar Mahmudovun ailə üzvlərinin, həmçinin qayınatasının keçmiş nazir işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan getdiyi iddiaları var, amma bu məlumat bu günədək də nə təsdiq, nə də təkzib olunub.   



E.Mahmudovun dindirilib-dindirilməməsi barədə də maraqlı xəbərlər var. Məsələn, hələ bir müddət əvvəl redaksiyamıza belə bir xəbər daxil olmuşdu ki, sabiq naziri ifadə almaq üçün nəzarətdə saxlandığı yerdən çıxarıblar. Amma xüsusi konvoy bağdan çıxdıqdan bir neçə dəqiqə sonra geri qayıtmalı olub. Xəbərə görə, buna səbəb sabiq generalın "özünü çox pis hiss etməsi" olub. Mənbə bildirib ki, onun bu vəziyyətdə dindirilməsi məqsədəuyğun olmayıb. Amma sabiq nazirin "istintaqla əməkdaşlıq etdiyi" deyilir. 



Daha bir sensasion xəbər E.Mahmudovun həbs edilən işçilərinin "generala sadiq qalması" barədədir. Yəni cinayət məsuliyyətinə cəlb edilənlər sabiq naziri suçlamırlar. İddia edilir ki, həbs edilənlər vəkillərinə də tapşırıb ki, E.Mahmudov barəsində, ümumiyyətlə, bir kəlmə belə danışmasınlar.



Qeyd edək ki, doğrudan da "Beynəlxalq Bank"  işi ilə bağlı tutulanların vəkilləri tez-tez Cahangir Hacıyevin hələ də məsuliyyətdən yayındığını deməkdən çəkinmirlər. Ötən həftə isə Yüksək Texnologiyalar və Rabitə Nazirliyinin həbsdəki sabiq aparat rəhbəri Vidadi Zeynalov barəsindəki mənimsəmə ittihamlarına vəkili vasitəsilə münasibət bildirərək "nazir Əli Abbasov idi" mesajı göndərib. V.Zeynalovun daha bir mesajı da maraqlıdır. O, israrla adının E.Mahmudovla hallanmasını istəmədiyini deyib.



Maraqlıdır ki, "MTN işi"nin vəkilləri də E.Mahmudovu "yaddan çıxarıb". Yəni ayrı-ayrı epizodlarda E.Mahmudovun adı keçsə də, həbs edilənlərin  və ya onların yaxın qohumlarının sabiq nazir haqda hələ ki suçlamaları yoxdur. 





Daha bir maraqlı məqam isə "Delta Telekom"un baş direktoru Ramazan Vəliyevin ötən həftəsonu ANS-ə müsahibəsi ilə bağlıdır. R.Vəliyev noyabrın 16-da baş vermiş məlum yanğından sonra Azərbaycanın saatlarla internetsiz qalmasından, müəssisədə MTN-in xüsusi qurğu yerləşdirməsindən və bəzi maliyyə mənimsəmələrindən danışarkən Eldar Mahmudovu suçlayıb.  


Teqlər:
Bu xəbər cəmi 1305 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR