İlham Quliyevin vəzifədə qalmasının səbəbi
Məlumduir ki, kənd təsərrüfatı naziri ( hazırda Baş nazirin müavini ) İsmət Abasovun zamanında nazirlik rüşvət və korrupsiya “qurum”una çevrilmişdi. Dövlətin sahibkarlar, iş adamları, fermerlər üçün ayırdığı milyonlarla subsidiyalar bəzi şəxslərin cibinə yönəlmişdi.
Bunu müşavirədə ölkə başçısı da xüsusi olaraq vurğulamışdı. Bütün bunların sonucu olaraq İsmət Abasov vəzifəsindən uzaqlaşdırıldı. Və Heydər Əsədov nazir təyin edildi. Çox maraqlıdır ki, yeni nazir qısa vaxtda öz müavini Bəhram Əliyevi vəzifəsindən azad etdi.
Həmin gün Bəhram Əliyev mətbuta müsahibə verərək bildirdi ki, “Mən nazirliyə lüt gəldim, lüt də gedirəm”. Həqiqətən də nazirlikdə işləyənlər bilir ki, Bəhram Əliyev rüşvət və korrupsiyadan çox uzaq adam idi. Həm də obyektləri, villaları olan nazir müavini vəizfədn azad olunan gün belə müsahibə verə bilməzdi.
Nazir Heydər Əsədov sonra digər müavini Aslan Aslanovu vəzifəsindən uzaqlaşdırdı. Aslan Aslanov da müsahibə verdi ki, prezidentin söhbət açdığı milyonlarla subsidiya mənim deyil, dugər müavin İlham Quliyevin kurasiyasında olub. Çox maraqlıdır ki, nazir “lüt müavin”i, “səlahiyyətsiz müavin”i az vaxtda işdən azasd etsə də, əsas və sonuncu müavinə – İlham Quliyevə bugündək toxuna bilmədi.
Bizimxeber.az-a mötəbər mənbədən daxil olan məlumata görə, İlham Quliyevi nazir Heydər Əsədovdan MTN generalı, hazırda həbsdə olan Akif Çovdarov xahiş edib. Nazir müavini ilə sabiq MTN generalının ortaq biznesi və digər məsələlərlə bağlı əlaqələrinin mövcud olması barədə novbəti yazımızda oxuya bilərsiniz…