Rusiya prezidenti Vladimir Putin Parisdə Türkiyəyə yeni ittihamlar irəli sürüb.
Avropa.info xəbər verir ki, Putin növbəti dəfə Türkiyəni İŞİD-dən neft almaqda ittiham edib.
"Əlimizdə yeni sübutlar var. Məsələ, Suriyadakı türkmənləri müdafiə etmək deyil. Türkmənlər bəhanədir. Təyyarəmizi ona görə vurublar ki, Suriyadan İŞİD neft karvanlarını rahatca Türkiyəyə keçsinlər. Əmri Ərdoğan verməmiş deyirlər. Bizim üçün bunun artıq heç bir əhəmiyyəti yoxdur."
"Türkiyənin İŞİD-dən neft aldığı isbat edilsə, mən istefa verərəm Bu ittihamı irəli sürən Putindən soruşuram, isbat edilməsə, sən istefa verirsənmi?"
Avropa.info xəbər verir ki, belə bir bəyanatla Parisdə mətbuat konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ərdoğan bu ittihamları əxlaqsızlıq adlandırıb.
"Türkiyəni İŞİD-dən neft almaqda ittiham etmək əxlaqsızlıqdır. Böhtanlar yeriməz. Burada iddia ortaya qoyuram. Biz neft alverini edənlərin kimliyini bilirik. İŞİD-dən neft alan şəxslərdən birinin Rusiya, digərinin isə Suriya vətəndaşı olduğu artıq açıqlanıb. Amerika Maliyyə Nazirliyi bunu isbatlayıb. Əvvəl bunun izahını versinlər. Türkiyənin İŞİD-dən neft aldığı isbat edilsə, mən istefa verərəm Bu ittihamı irəli sürən Putindən soruşuram, isbat edilməsə, sən istefa verirsənmi?"