İlin sonunadək London taksilərində internet olacaq. Yeni gətirilən nəqliyyat vasitələrində WI FI sisteminin quraşdırılması gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ans press-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə əsasən, "Bakı Taksi Xidməti" MMC-yə məxsus olan taksilərə quraşdırılacaq sistem ilə bağlı artıq hazırlıq işləri gedir və bu ilin sonunadək bu istiqamətdə işlərin yekunlaşacağı gözlənilir.
Şəfa Mehmanqızı onu da əlavə edib ki, yeni taksilərdə başqa yeniliklər də gözlənilir:
““Bakı Taksi Xidməti” MMC-yə məxsus taksilərdə sərnişinlər neçə kilometr yol getdiklərini görə biləcəklər. Üstəlik sərnişin oturduğu salondan sürücünün səsini azalda, çoxalda da biləcək. Ümumiyyətlə, bu taksilər çox rahat və münasibdir. Xüsusən, uzaq yol gedənlər üçün. Çünki hər 10 kilometrə məbləğ aşağı düşür”.
Ş.Mehmanqızının sözlərinə görə, artıq "Bakı Taksi Xidməti" MMC-yə məxsus yeni taksilərin az bir qismi istifadəyə verilib ki, onlar da hələ ki, yalnız mərkəz hissədə fəaliyyət göstərirlər.