Rusiya və Türkiyə lideri bu gün Parisdə görüşməyəcəklər.
“Qafqazinfo” xəbər verir ki, belə bir açıqlama ilə Putinin sözçüsü Peskov çıxış edib.
Su-24-ün vurulmasından sonra iki ölkə arasındakı gərginliyin artdığı bir vaxtda rəsmi Kreml Ərdoğanla Putinin görüşünün planlaşdırılmadığını açıqladı.
Qeyd edək ki, hər iki ölkə lideri bu gün Parisdə start götürən İqlim Dəyişikliyi Konfransında iştirak edəcək.