Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şok iddia! HacıI İbrahim Çovdarova kimi sifariş edib?

Şok iddia! HacıI İbrahim Çovdarova kimi sifariş edib?
Çovdarovla hüquqşünasın görüşündə nə danışılıb? Daha bir tanınmış şəxsın – “Avesta” Konsernin rəhbəri, əsrin fırıldaq proyekti olan “Xəzər Adaları” layihəsinin müəllifi İbrahim Nehrəmlinin MTN-dəki banda ilə əlaqələri ortaya çıxıb.

Ay yarımdır ki, ölkə gündəmini Milli Təhlükəsizlik Nazirliyində (MTN) həyata keçirilən əməliyyat və bundan sonra açılan faktlar zəbt edib. Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra ortaya çıxan faktalar ölkədə bir çox sahələrdəki qanunsuzluqların başında məhz MTN-nin yüksək rütbəli əməkdaşlarının dayandığını göstərməkdədir.


 


Bu yaxınlarda Baş Prokurorluğun yaydığı açıqlama ilə bu faktlar rəsmi təsdiqini də tapdı. İçərilərində generalların, idarə rəislərinin də olduğu MTN-in 19 yüksək rütbəli əməkdaşına qarşı qaldırılan cinayət işi ilə bağlı verilən qısa məlumat, ortada ciddi və geniş miqyaslı cinayətlərin olduğunu bir daha təsdiqləyir.




Məlum olur ki, ölkənin milli təhlükəsizliyinə cavabdeh olan generallar əslində ən ağır cinayətlərlə – quldurluq, soyğunçuluq, reketlik, dövlət və özəl əmlakının zorla ələ keçirilməsi, ölkədən böyük miqdarda valyutanın qanunsuz yollarla xaricə daşınması, hökumətin rəhbərliyində olan şəxslərin dinlənərək şantaj edilməsi və sair işlərlə məşğul olublar. Hələlik 57 iş adamı zərərçəkən kimi tanınıb.


 


Ancaq onların sayının xeyli artacağı, “qurbanların” real sayının əslində minlərlə olduğu şübhə doğurmur. Çünki MTN-dəki məlum bandanın şantajından kənarda qalan, onlara illik və ya aylıq az-cox haqq verməyən iş adamı barmaqla sayılacaq qədər azdır.


 


Eyni zamanda MTN generalları yalnız iş adamlarından, məmurlardan haqq toplamaqla məşğul olmayıblar, kriminal avtoritetlər kimi “razborkalar” həll edib, sifarişlə birinin pulunu alıb başqasına verməklə məşğul olublar. Ancaq avtoritetlərdən fərqli olaraq, bunu həbsxanada, küçədə, cayxanalarda deyil, ali dövlət orqanın içərisində – Milli Təhlükəsizlik Nazirliyinin binası daxilində ediblər.


 


Bu “GENERAL BANDASI”nı kriminal avtoritetlərdən fərqləndirən bir cəhət də o olub ki, qərarı düzgün olanın deyil, onlara yaxın olanın və ya daha çox pul verməyə razılaşanın xeyrinə çıxarıblar. Elə bundan istifadə edən bəzi “iş adamları”, dələduzlar, fırıldaqçılar da MTN-dəki “GENERAL BANDASI” vasitəsilə tanıdıqları biznesmenləri, ətraflarındakı imkanlı şəxsləri soymaqla məşğul olublar. Bunlardan birinin – “Akukla Akif” kimi tanınan şəxsin tanıdığı iş adamlarının MTN-də soyulmasında, əmlakının əlindən alınmasında iştirakına dair mətbuatda çoxsaylı yazılar gedib.


 


Bu yaxınlarda isə daha bir tanınmış şəxsın – “Avesta” Konsernin rəhbəri, əsrin fırıldaq proyekti olan “Xəzər Adaları” layihəsinin müəllifi İbrahim Nehrəmlinin (Hacı İbrahimin-red.) MTN-dəki banda ilə əlaqələri ortaya çıxıb.


Daha dəqiqi, tanınmış hüquqşünas Qurban Məmmədovun MTN-də qarşılaşdığı bir hadisə barədə açıqlamaları İbrahim Nehrəmlinin də “GENERAL BANDASI” ilə ciddi əlaqələrinin olduğunu söyləməyə əsas verir.


 


Belə ki, Qurban Məmmədov 2011-ci ildə MTN-nin killer generalı Akif Çovdarovla qarşılaşması və aralarında keçən söhbətə dair “Moderator.az”a maraqlı bir yazı göndərib. Yazıda əsas diqqəti çəkən məqam da gah 2 milyard dollar şəxsi vəsaitinin olduğuna dair iddiaları, gah Beynəlxalq Bankdan aldığı 800 milyon dolları qaytarmadığı üçün “Babdotdel”in zirzəmisinə salınması ilə, gah da anormal açıqlamaları ilə gündəmə gələn İbrahim Nehrəmli ilə bağlı qeyd olunan faktlardır.


 


Qurban Məmədovun yazdığına görə, məhz İbrahim Nehrəmlinin 2011-ci ilin əvvəllərində MTN-ə müraciəti əsasında Akif Çovdarovla görüşməli olub.


 


Tanınmış hüquqşünas bu barədə yazır: “O vaxt Bağırov Vaqif Kərəm oğlu adlı orta səviyyəli bir iş adamı hüquqi yardım göstərmək üçün mənə müraciət etmişdi. Ticari müqavilələrin hazırlanmasında, bəzi danışıqların aparılmasında, idarə sənədlərinin qaydaya salınmasında ona yardım edirdim.


 


Bir gün Gəncə şəhərində olarkən, axşamüstü mənə V. Bağırovun ofisindən həyəcanlı zəng gəldi.


 


Özlərini MTN zabitləri kimi təqdim edən üç nəfər şəxs ofisi basaraq, Vaqifi MTN-ə aparmağa cəhd edirlər. Nə etməli olduqlarını soruşdular. Mən gələnlərin əllərində rəsmi çağırış vərəqi və ya başqa bir rəsmi sənəd olub-olmadığı ilə maraqlandım. Yox idi. Özlərini necə təqdim etmələrini soruşdum. Üzərində “MTN” yazılan vəsiqə göstərib, Akif Çovdarovun tapşırığı ilə gəldiklərini bildirdiklərini dedilər.


 


Onda mən Bakıya gələnədək ofisi tərk etməmələrini, heç hara getməmələrini, Vaqif Bağırovun mənsiz MTN-nin binasına daxil olmamasını məsləhət gördüm. Gələnlər bir qədər dartışma və hədə-qorxudan sonra ofisi tərk edib gediblər.


 


Gecəykən Bakıya döndüm.


 


Vaqif səhər saat onda Akif Çovdarovun yanında olmalı idi.


 


Ancaq mənim də onunla birlikdə gələcəyimdən MTN-də heç kimin xəbəri yox idi.


 


Səhər saat 09-45-də artıq MTN-nin növbətçi hissəsinin qarşısında idik. Növbətçiyə özümüzü təqdim edib, Akif Çovdarovun dəvəti ilə gəldiyimizi bildirdim.


 


O vaxt hələ general deyildi.


 


Bu görüşdən düz bir il sonra, yəni 27 mart 2012-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Çovdarov Akif Teymurxan oğluna, Maddi-texniki Təminat Baş İdarəsinin rəisi Həmidov Nizaməddin Baba oğluna və Monitorinq Mərkəzinin rəisi Quliyev Teymur Rəcəb oğluna general-mayor ali hərbi rütbəsi veriləcəkdi.


Nə sirdirsə, mən o idarəyə gedəndən bir ay sonra, yəni 11 aprel 2011-ci ildə Akif Çovdarova bir başa əmr və göstərişlər verən, bilavasitə rəhbərlik edənlərdən biri, MTN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbərlik edən nazir müavini general-mayor Əli Nağıyev vəzifəsindən uzaqlaşdırıldı…


 


Çox keçməmiş bir zabit gəldi və Vaqif Bağırovu içəri dəvət etdi. Əvvəlcədən razılaşdığımız kimi, o mənsiz getməkdən imtina etdi. Zabit getdi, qayıtdı və israrla V. Bağırovu tək aparmaq istədi. Bu get-gəl bir neçə dəfə təkrar olundu. Gərginlik getdikcə artırdı.


 


Nəhayət, mən zabitə izah etdim ki, vətəndaşın nümayəndəyə malik olmaq hüququ var və mənim iştirakım olmadan onu heç kim dindirə bilməz. Ya mənimlə birlikdə qəbul edəcəklər, ya da biz buradan birbaşa Prezident Aparatına gedib dünən və bu gün baş verənlər barədə şikayət edəcəyik.


Yenə də get-gəllər başladı və nəhayət, bizi birlikdə içəri aldılar.


 


1998-ci ilin 04 fevralında qanunsuz olaraq həbs edilərək saxlandığım “təhlükəlilik idarəsi”nə indi hüquqşünas – nümayəndə kimi, bir vətəndaşımızı qorumaq üçün gedirdim.


 


Bizi yarımqaranlıq dəhlizlərdən, dolanbac koridorlardan keçirib bir otağın qapısının qarşısına gətirdilər.


 


Zabit məruzə üçün içəri keçdi. Biz gözlədik.




Bir azdan qapı açıldı və bizi içəri dəvət etdilər. Mən onu belə yaxından ilk dəfə görürdüm.


 


Otağa daxil olmağımızla başladı, nə başladı…


 


Bu o idi.. Məşhur Akif Çovdarov…


 


Onu əvvəllər yaxından görməmişdim və tanımırdım. Haqqında bildiyim tək o idi ki, jurnalist Aqil Xəlilə qarşı şəxsən qanunsuzluq edərək ona xəsarət yetirib və özünün amansız davranışları ilə məşhurdur.


 


O, “T” şəkilli stolun başında, mən ondan solda, Vaqif bəy də sağda oturdu. Mənə elə gəldi ki, o məni tanımır və görmür.


 


A.Çovdarov küçə söyüşləri ilə, biədəb ifadələrlə Vaqif Bağırovu təhqir etməyə, başına oyun açacağı ilə hədələməyə başladı. V. Bağırovu tər basmışdı. Cavab verməyə cəsarət etmirdi və sanki komaya düşmüşdü. Çovdarovun isə söyüş və təhqirləri, hədələri havada uçuşurdu. Onun səsi olduqca vahiməli idi. Mən yalnız o anda başa düşə bildim ki, yazıq sıravi vətəndaşlar bu adamın qəbulunda nələr çəkirlər…


 


Mən: ”başa düşmədim, biz dövlət orqanına gəlmişik, yoxsa bazara? Bu nə hərəkətdir siz edirsiniz?” – deyə, A. Çovdarova müraciət etdim. Mən tərəfdə, başım üstündə 3 nəfər də əməkdaş əlləri qarınlarında çarpaz şəkildə durmuşdular. A. Çovdarov məni eşitməmiş kimi davam etdi. Sanki mən orada yoxam. Vaqifin isə çox ağır psixoloji sarsıntı keçirdiyi göz qabağında idi. Sanki o keyləşmişdi, heç nə eşitmir, heç nə duymurdu.


Mən yenə də etiraz etdim. Bu dəfə səsimi bir azca yüksəltdim və belə davam edəcəyi təqdirdə oranı tərk edəcəyimi, başqa orqanlara müraciət edəcəyimi bildirdim.


 


Akif Çovdarov qəfildən mənə sarı döndü: “Qurban müəllim, axı sən bizim idarənin qonağı olmusan, qayda-qanunlarımızı bilirsən. Bu adam mənim göndərdiyim əməkdaşlarıma hörmətizlik edib, tabe olmayıb, lotuluq edib, saymır, gəlmir. MTN-nin tarixində bu ilk adamdır ki, özünü belə “naqlı” aparır. Mən bunun başını tumarlamalıyam? Dövlətə qarşı saymamazlıq edənə sağ ol deməliyəm?” – deyə, dünən baş verən hadisə, Nizami adlı bir nəfərlə telefon danışığı, bu Nizaminin də onun göstərişlərinə tabe olmaması, çağırışına gəlməməsi, onun əməkdaşlarına qarşı hörmətsizlik etməsi barədə durmadan xeyli danışdı.


 


Mən: “bütün bunların günahı onlarda deyil, məndədir, əgər nəsə xoşagəlməz hərəkətlər olubsa, Sizə qarşı diqqətsizlik ediblərsə, mən üzr istəyirəm. Onlar mənim məsləhətlərimlə hərəkət ediblər. Sizin də əməkdaşlarınız düz etməyiblər axı, heç bir rəsmi sənəd göstərmədən adamları harasa zorla aparmağa çalışıblar. Onların Hacı Məmmədovun və ya bir başqasının dəstəsindən olmamasını biz haradan bilərdik? Qanun var, qayda var, belə olmaz axı, Akif müəllim.” – dedim.


 


İlk andan olduqca kobud adam təsiri bağışlayan A.Çovdarov getdikcə dəyişdi. Səsi mülayimləşdi, söhbətimiz normal məcraya düşdü. Söhbət əsnasında başı ilə yuxarılara işarə edərək dedi: “Birincinin tapşırığıdır, Nehrəmli İbrahimin ərizəsinə dərkənar qoyub, biz də icra etməyə borcluyuq. Neyləyək, nazirimin tapşırığını yerinə yerinə yetirməyək?”


 


 


Çovdarovun sözlərindən aydın oldu ki, Nehrəmli İbrahim İbrahimov onunla əvvəllər bir yerdə işləmiş Vaqif Bağırovun ona iki milyon borcu oduğu haqqında Eldar Mahmudova ərizə verib, sonuncu da borcun alınmasını Çovdarova tapşırıb.


Mən “MTN nə vaxtdan mülki işlərə baxmağa, məhkəmənin səlahiyyətlərini icra etməyə başlayıb?” – deyə, soruşanda A.Çovdarov bildirdi ki, onun vəzifəsi, sadəcə olaraq, üstünə yazılan ərizəni araşdırmaqdır. Onda mən təklif etdim ki, buyursunlar, Vaqif Bağırovun izahatını alsınlar, biz gedək.


 


A.Çovdarov İbrahim İbrahimovun biznesindən, onun çoxlu pulu olmağından, ölkədəki kriminal durumdan, apardıqları mübarizədən xeyli danışdıqdan sonra bizə “yaxşı yol” arzuladı və hörmətlə çıxış qapısını göstərdi. Mən “bəs izahatı kim götürəcək?” – deyə, soruşanda, o: “Əşşi, nə izahat, çıxın gedin, gəldiniz, söhbət etdik, şifahi aydınlaşdırdıq, qoy İbrahim getsin versin məhkəməyə pulunu tələb etsin, burada bizlik nə var ki?” – deyə, gülümsədi. Aydın oldu ki, rəsmi qeydiyyatdan keçən heç bir ərizə – filan yoxdur. MTN, Eldar Mahmudov İbrahim İbrahimovun şifahi sifarişini yerinə yetirir. Hansı şərtlə, nəyin müqabilində? Bu suallara yalnız istintaq cavab verə bilər…”


 


Q. Məmmədovun yazdığına görə, MTN-dən çıxdıqdan sonra da Vaqif Bağırov xeyli müddət özünə gələ, sərbəst buraxıldığına inana bilməyib. Deyib ki, əgər Q. Məmədov olmasaymış Akif Çovdarov unun şəxsiyyətini ən ağır formada təhqir edəcək, var – yoxunu da satdırıb əlindən alacaqmış. Həmi vaxt Q. Məmmədov buna inanmasa da , sonradan MTN-də yüzlərlə başqa iş adamının başına gətirilənlər barədə öyrəndikləri Vaqif Bağırovun həqiqəti söylədiyini təsdiqləyib.


 


1447168484_eldar-akifƏlbəttə, MTN-də iş adamlarının işgəncələrə məruz qalması, şəxsiyyətlərinin təhqir olunması, əmlaklarının əlindən alınması barədə deyilənlər yeni deyil. Burada yeni olan və diqqəti çəkən əsas məqam İbrahim Nehrəmlinin MTN-dəki banda və onun başında duran Eldar Mahmudovla, killer general Akif Çovdarovla əlaqələridir.


 


Onların arasında yaxınlığın olduğuna dair əvəllər də müəyyən şübhələr vardı. Beynəlxalq Bankdan İbrahim Nehrəmlinin fantastik layihəsinə heç bir girovsuz 800 milyonun buraxılmasında da E.Mahmudovun rolu olduğu istisna edilmirdi.


 


Q. Məmədovun söylədikləri isə İbrahim Nehrəmlinin həqiqətən də Eldar Mahmudovla cox yaxın əlaqələrinin olduğunu düşünməyə əsas verir. Hətta o qədər yaxın ki, hansısa iş adamını qeyri-rəsmi MTN-nin zirzəmisinə gətirərək, var-yoxunu əlindən almağa sifariş verə bilirmiş…


 


R. Əliyev (AzPolitika.info)

Teqlər:
Bu xəbər cəmi 2170 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR