Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qorxmaz Hüseynovun tender gizlinləri: "Hidro İnşaat Servis” kimindir?..- ARAŞDIRMA

Qorxmaz Hüseynovun tender gizlinləri:
Bir neçə gün öncə "Hidro İnşaat Servis” MMC və "Azərsu" ASC rəhbəri Qorxmaz Hüseynovun bu şirkətlə əlaqələri barədə məlumat yaymışdıq. Həmin məlumatda bəzi ilginc məqamları dəqiqləşdirmək üçün şirkətin gördüyü işlər və dövlət qurumunun tenderləri niyə məhz "Hidro İnşaat Servis” MMC-yə "etibar" etdiyini araşdırmaq qərarına gəldik.


 



Məlum oldu ki, "Azərsu" MMC-nin layihələrini həyata keçirən və tenderləri udan şirkətlə bağlı yayılan informasiyalar təsadüfi deyil. Layihələrin reallaşması zamanı "Azərsu" MMC-nin yol verdiyi korrupsiya halları da, niyə məhz bu şirkət vasitəsilə rəsmiləşdirilməsi də sözügedən qurumlar arasındakı "bağlantı"lardan qaynaqlanır. 


 


Təsadüfi deyil ki, Azərbaycanda məmur dedikdə, ilk təsəvvürə gələn rüşvət və korrupsiya anlayışıdır. Doğrudan da, ölkədə elə bir məmur varmı rüşvət almasın və korrupsiyaya bulşamasın? Təbii ki, bu suala cavab vermək çətindir. Ola bilsin ki, çox az sayda belə məmurlara rast gəlmək olar. Amma ölkədəki mövcud vəziyyət və məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verməsi elə bir təhlükəli durum və qorxunc görüntü yaradıb ki, bu mövzuda pozitiv düşünmək mümkün deyil.






Bu məmurlardan biri də elə məhz "Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovdur. Onun fəaliyyəti ciddi şəkildə araşdırılsa, heç də keçmiş milli təhlükəsizlik naziri, hazırda talançılıqda və korrupsiyada ittiham olunan Eldar Mahmudov və onun ətrafından az faktlar üzə çıxmayacaq. 






"Azərsu"nun təhlükəli tender oyunları və "Hidro İnşaat Servis”...






Qorxmaz Hüseynovun fəaliyyəti araşdırılarkən maliyyə maxinasiyalarına və korrupsiya hallarına yol verdiyini araşdırmaq üçün uzağa getmək lazım deyil. Arqument.Az-a verilən ilginc məlumata görə, sözügedən şirkət bu məsələdə araşdırmalar üçün açar rolunu oynayır. Düzdür, MMC-nin rəsmi saytında şirkətlə bağlı bir sıra məlumatlar, az da olsa, maliyyə hesabatları haqqında bilgilər verilib. Ancaq bunların təhrif olunması və müəyyən faktların gizlədilməsi ilk baxışdan göz deşir.






Heç kəsə sirr deyil ki, bu şirkət Hüseynovun tenderləri udmaq və dövlət əmlakını mənimsəmək, ələ keçirib özününküləşdirmək üçün çox ciddi vasitədir. Əslində, buna təəccüblənmirik də. Çünki Azərbaycanda bir çox məmurlar "tender oyunlarını udmaq" üçün özlərinə alt qurumlar, müxtəlif adda MMC-lər yaradırlar. Bu qurumlara isə yaxın qohumlarını təyin edərək "pul silmək"lə məşğul olurlar. Yəni sağ əllə alib sol ələ ötütürlər. Bu yaxınlarda vəzifədən kənarlaşdırılan Eldar Mahmudovun da 80 nəfərdən yuxarı qohumunun vəzifədən atılması sıradan bir hadisə deyildi. "Hidro İnşaat Servis”in udduğu tenderlərə və bunun müqabilində gördüyü işlərə gəlincə, həm şirkətin rəsmi səhifəsindəki rəqəmlərlə gördüyü işlər ciddi təzad təşkil edir. İşlərin görüldüyü vaxt isə "ikinci hesabdar" sisteminin tətbiq edilməsi və "qara hesablar"la bağlı kifayət qədər məlumat var. 






Qorxmaz Hüseynovun "Azərsu"da nə qədər qohumu çalışır və...






"Azərsu” ASC-nin podratçı şirkətlərindən sayılan biri "Hidro İnşaat Servis” MMC-ni artıq qurumun özündə də Qormaz Hüseynovun "ailə şirkəti" hesab edirlər. Bu da təsadüfi deyil, çünki böyük "tenderlər oyunları"nın kiçik oyunçusu olan bu şirkətə Hüseynovun yaxın adamı Yavər Miriyev rəhbərlik edir, təsisçisi isə qaynıdır. "Hidro İnşaat Servis” MMC-nin rəhbəri Yavər Miriyevlə bağlı isə şikayətlər səngimir. Onun tenderlər zamanı və şirkətin gördüyü işlərin reallaşması zamanı yol verdiyi maxinasiya və korrupsiya halları məhz Qorxmaz Hüseynovun göstərişi ilə gizlədilir. Çünki bu şirkətin maliyyə maxinasiyaları və korrupsiya hallarının deşifrə olunması məhz Hüseynovun hədəfə gəlməsi deməkdir. Heç kəsə sirr deyil ki, "Azərsu” ASC-nin tenderləri Q.Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən üç şəxsin adı çəkilir. Onlardan biri - Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı və şirkətin təsisçisi Namiq Cəbrayılovdur. Bu klanın başında da məhz o dayanır...






Bundan başqa, Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədov da Q.Hüseynovla yaxın dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun "zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də qonşudurlar. Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda "Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Yeri gəlmişkən, E.Məmmədov özü də vaxtaşırı Qorxmaz Hüseynova bu kimi "hədiyyə”lərdən təqdim etməyi unutmur.






Buna misal olaraq Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları göstərmək olar. Əldə etdiyimiz bu məlumatlardan çıxan məntiqi nəticə odur ki, Hüseynov "hakimiyyət daxilində hakimiyyət" quraraq öz klanını formalaşdırıb. Bu hələ onun yaxın qohumlarının bir hissəsidir. Mənbə bildirir ki, Hüseynovun "Azərsu"da çalışan qohum-əqrabasının sayı 100-ə çatır. Bir sözlə, dövlət qurumu "zümrə həmrəyliyi"nin girovuna çevrilib. 






Bəs "Hidro İnşaat Servis” MMC özü haqqında nə deyir?






MMC-nin rəsmi saytında bildirilir ki, "Hidro İnşaat Servis” MMC su və kanalizasiya şəbəkələrinin tikintisi və bərpası bazarında aparıcı yerlərdən birini tutur: "Hazırda şirkət formalaşdırdığı daxili nou-xausunun köməkliyi ilə həm infrastruktur həm də mülki inşaat layihələrini uğurla həyata keçirir. Bundan başqa, şirkət topladığı təcrübəyə əsasən müxtəlif  çətinlik dərəcəsinə malik mühəndis və təşkilatı işləri həmçinin də tikinti layihərini həyata keçirə bilir".

Teqlər:
Bu xəbər cəmi 1655 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR