“Moskva Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın oğlunun neft biznesindəki maraqlarına dair bəzi məlumatlara sahibdir”.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir açıqlama ilə prezident Putinin mətbuat katibi Dmitriy Peskov çıxış edib:
“Mən prezidentimizin bəyanatından çıxış edərək deyirəm. Həqiqətən də, belə bir informasiya var. Nə qədər detallı olduğunu bilmirəm, lakin bəzi maraqlar var”.
Peskov həmçinin xatırladıb ku, Türkiyənin yeni hökumətində Ərdoğanın kürəkəni enerji naziri təyin edilib.
Rusiya mətbuatı daha sonra Suriya XİN rəhbəri Valid Muallemin açıqlamasını xatırladıb. Qeyd edək ki, nazir Ərdoğanın oğlu Bilalın adını İŞİD terror qruplaşması ilə qanunsuz neft ticarətində hallandırmış, həmçinin Türkiyənin Bilalın neft şirkətlərinin maraqları üçün Su-24-ü vurduğunu qeyd etmişdi.