Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabiq nazir “Azimport” şirkətini belə ələ keçirmək istədi

Sabiq nazir “Azimport” şirkətini belə ələ keçirmək istədi


MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, keçmiş milli təhlükəsizlik nazirinin “ikinci kassiri” kimi tanınan general-mayor Sübahir Qurbanovun həbsindən sonra bir çox maraqlı məqamlar ortaya çıxıb.



Xeberinfo.com:   Sübahir Qurbanov istintaqa verdiyi ilkin ifadəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişinə əsasən iş adamı Zabil Salmanovu MTN-ə çağıraraq ona hədə-qorxu gəldiyini və sonuncuya zor tətbiq etməklə onu Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədova qarşı ərizə yazmağa məcbur etdiyini etiraf edib.



Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov da Z.Salmanovun ərizəsinə əsasən həbs olunublar. R.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi qaldırılıb. O, hazırda MTN-in istintaq təcridxanasında saxlanılır.



MTN əməkdaşlarının həbsindən dərhal sonra isə Zabil Salmanov adıçəkilən şəxslərin – Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun ona qarşı dələduzluq etməmələri ilə bağlı Baş Prokurorluğa və MTN-ə ərizə ilə müraciət edib.



Z.Salmanov ərizəsində əslində ona heç bir ziyan dəymədiyini, yalan ifadə verməyə məcbur edildiyini, cinayət işinin saxta olduğunu, həmin ərizəni qorxu və təhdid altında yazdığını göstərib. Hətta əksinə, Sübahir Qurbanovun onun özündən də 300 min manat aldığını göstərib.



Mənbənin sözlərinə görə, MTN-də o zaman Zabil Salmanova deyiblər ki, “əgər ərizə yazmasan, axırı yaxşı olmayacaq”. Bundan sonra da 300 min manatını zorla əlindən alıblar.



Bundan başqa sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişinə əsasən S.Qurbanov “Azimport” MMC-nin rəhbəri Azər Əsgərovu barəsində cinayət işi başlanacağı ilə hədələyib. Onu mütəmadi olaraq MTN-ə çağıraraq gecədən səhərə qədər orada saxlayıb dindiriblər. A.Əsgərova təzyiq göstərərək ona Rəşad Məmmədovun “Azimport” MMC-nin qeyri-rəsmi sahibi olması haqda ərizələr yazdırmaq istəyiblər. Məqsəd “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub.



A.Əsgərova digər vəzifəli şəxslər barədə də izahat yazdırmaq istəyiblər.



Bundan başqa, MTN əməkdaşları Eldar Mahmudovun göstərişi ilə “Azimport” MMC-də qeyri-qanuni axtarışlar aparıb. Şirkətə məxsus seyfdən qiymətli əşyalar, üstəlik 1 milyon 300 manat nağd pul götürülüb. Onlar sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə “Azimport” MMC-yə və şirkətin bir neçə işçisinə məxsus olan çıxarışlar və mülkiyyət haqqında sənədləri də özləri ilə aparıblar.



“Rəşad Məmmədov saxta ittihamla 7 aydır ki, həbsdə yatır. Eldar Mahmudov öz şəxsi məqsədləri üçün bu cür yarıtmaz işçiləri ilə birgə müxtəlif şəxslərə qarşı qondarma ittihamlar uydurub. Bununla da ölkə başçısını da aldadıb. Sübahir Qurbanov həbs olunub, Rəşad Məmmədova və “Azimport”a qarşı ittihamların saxta olması üzə çıxıb. Zabil Salmanovun da iş üzrə zərərçəkmiş kimi tanınıbsa, onda bütün bunlar yenidən araşdırılmalıdır”- deyə mənbə bildirib.



Qeyd edək ki, general S.Qurbanova Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə cinayət işi açılıb.



S.Qurbanov tabeçiliyində olan Zülfüqar Əliyev, Natiq Əliyev və Zaur Məmmədovla birgə 2015-ci ilin martında iş adamı Z.Salmanovun ofisində qanunsuz axtarış aparmaqda, daha sonra sahibkarı həbslə hədələyərək ondan böyük məbləğdə pul almaqda ittiham olunur.



 



Bu cinayətkar qruplaşma biznesmenlər K.Seyfullayev, H.Əliyev, A.Kərimov, E.İbadov, S.Məcidov, E.Mirzəyev və digərlərinin pullarını da eyni sxem üzrə ələ keçirib. (Virtualaz.org)


Teqlər:
Bu xəbər cəmi 1525 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR