Abşeron rayon Qobu bələdiyyəsində sədr dəyişikliyi baş verib. Qobu bələdiyyəsinin növbədənkənar iclasında Ənvər Əmiraslanov istefa ərizəsi qəbul edilib. Həmin iclasda təşkilat məsləsinə baxılaraq bələdiyyə üzvü Xanağa Əlihəsənov yekdilliklə bələdiyyə sədri seçilib.
Ənvər Əmiraslanovun istefasının səbəbi səhhətiylə bağlı olduğu deyilir.
Qeyd edək ki, Abşeron rayonunda 15 bələdiyyə formalaşdırılıb.