Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN International-a müsahibə verib.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Türkiyədən üzrxahlıq gözləməsinə münasibət bildirib:
“Üzrxahlıq etməli olan bir tərəf varsa o, biz deyilik. Hava sərhəddimizi pozanlar üzr istəsin. Rusiyadan üzr istəməyəcəyik”.