Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ƏLİ HƏSƏNOV SAXTAKARLIQ EDƏNLƏRƏ XƏBƏRDARLIQ ETDİ

ƏLİ HƏSƏNOV SAXTAKARLIQ EDƏNLƏRƏ XƏBƏRDARLIQ ETDİ
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov saxta yollarla ev almaq istəyən məcburi köçkünlərə və ali məktəblərin rəhbərlərinə xəbərdarlıq edib. APA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Ə. Həsənov deyib ki, köçürmə prosesinə məruz qalacaq yataqxanaların hamısı 2-3 il əvvəl yoxlanılıb, orada yaşayanların qeydiyyatı aparılıb: “Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin rəhbərlərinə müraciət edirəm. Həmin yataqxanaların komendant vəzifələri var. Təəssüflər olsun ki, köçürmə zamanı xoşagəlməz hallar ortaya çıxır. Son 3-4 ayda məcburi köçkünlər tərəfindən saxta boşanmalar baş verib, bəziləri rayonda yaşayan bacı-qardaşını öz yanına gətirib yerləşdirib. Onların hamısı indi evlə təmin olunmağı tələb edir. Mən köçkünlərə müraciət edirəm. Bu hallara yol verilməyəcək. Qanunsuz yolla heç bir məcburi köçkün mənzil ala bilməyəcək”. Ə. Həsənov bəyan edib ki, qanunsuzluq halları daha da ciddiləşsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq: “Bu şəraiti yaradan insanlara qarşı qanun çərçivəsində müəyyən tədbirlər görülə bilər. Ona görə bu qanunsuz şəraiti yaradan insanlara, ölkədə belə narazılıq yaradanlara xəbərdarlıq edirəm. Bu yaxınlarda bir neçə məcburi köçkün həm Komitədə, həm Yasamal rayonu ərazisində müəyyən aksiyalar keçirmək cəhdləri etdilər. Bunun hamısı qanunsuz yolla mənzil almaq istəyən məcburi köçkünlər tərəfindən olub. Məcburi köçkünlər üçün ölkə prezidenti, dövlət hər şeyi edib. Onların bir açıq problemi qalmayıb. Məcburi köçkünlər də Azərbaycan vətəndaşıdırlar. Heç kəsə ixtiyar verilməyib Azərbaycan qanunlarını pozsun. Onların hüquqlarını müdafiə etmək mənim vəzifə borcumdur. Amma bu, o demək deyil ki, məcburi köçkünlər də onlar üçün yaradılmış şəraitdən süni istifadə etməlidir

Teqlər:
Bu xəbər cəmi 1640 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR