Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Bir də pozsalar, yenə vuracağıq!" — Ərdoğan Putinə meydan oxudu


"Eyni sərhəd pozuntusu bu gün baş versə, Türkiyə yenə eyni cür hərəkət edəcək"



“Deyirlər ki, Türkiyə İŞİD-dən neft alırmış. Yazıqlar olsun! Türkiyənin hazırda nefti də, qazı da aldığı yerlər bəllidir. Bu sahədə ən böyük idxalatı Rusiyadan həyata keçiririk. Sonra İrandan, Azərbaycandan, Şimali İraqdan, eləcə də Əlcəzair və Qatardan alırıq”.



Ölkə.az "Yeni Şafak" qəzetinə istinadən məlumat verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiyanı dilə gətirdiyi ittihamları sübut etməyə çağırıb:



“Bizim İŞİD-dən neft aldığımızı iddia edənlər bunu sübut etmək məcburiyyətindədirlər. Əks halda, onlara böhtançı deyəcəyəm. Bir ölkəyə heç kəs bu şəkildə böhtan və iftira ata bilməz. İŞİD çıxardığı nefti Bəşər Əsədə satır. Sizin dəstək verdiyiniz Əsədə, onunla danışın bu məsələləri. İŞİD-in maliyyə mənbələrinin arxasında Əsədin qanlı rejimi dayanır. Əsəd dövlət terroru həyata keçirir. 380 min nəfərin qatili ilə birlikdə olanlar necə insan haqlarından danışa bilər?! Biz buna qarşı çıxdığımız üçün xoşlarına gəlmir”. 



Prezident Ərdoğan təyyarə hadisəsi ilə bağlı Rusiyada səslənən açıqlamaları məyusluqla izlədiklərini söyləyib: “Baş vermiş hadisə qətiyyən Rusiyaya qarşı atılmış bir addım deyil. Daha əvvəl dəfələrlə xəbərdarlıq etmişdik, dörd dəfə sərhəddimizi pozmuşdular. Son hadisə zamanı kimə adi olduğu bilinməyən təyyarəyə 5 dəqiqədə 10 dəfə xəbərdarlıq edilib. Təyyarənin vurulması daha əvvəl icazəsi verilmiş avtomatik reaksiyadır. Bizim Rusiya ilə strateji tərəfdaşlığımız var. Rusiyanı hədəfə almağımız üçün bir səbəb yoxdur. Rusiya ilə tərəfdaşlıq başqadır, sərhədimizin pozulması başqa. Pozuntuya yol verən ölkə özünə baxmalıdır. Biz hər kəsdən müstəqilliyimizə hörmət etməsini gözləyirik. Eyni pozuntu bu gün də baş versə, Türkiyə yenə eyni cür cavab verəcək”.



Ərdoğan Putinin digər ittihamına - Türkiyədəki hakim partiyanın ölkəni islamlaşdırdığına dair ittihama da münasibət bildirib:



“Mən və hökumət ölkəni islamlaşdırmaq istəyirmişik. Bunu necə söyləmək olar? Ölkəmizin əhalisinin 99 faizi müsəlmandır. Mən indi durub, “Rusiya hakimiyyəti ölkəni xristianlaşdırır” deyə bilərəm? Tayyib Ərdoğan müsəlmandır, ölkənin də 99 faizi müsəlmandır. O zaman mən nəyə çalışıram? Görün, nə söyləyir... Deyirlər birgə layihələr dayandırıla bilər. Siyasətçilər belə danışa bilərmi? Harada səhvə yol verildiyini siyasətçilər və hərbçilər oturub müzakirə etməlidir”. 



Ərdoğan İŞİD-lə ən ciddi mübarizə aparan dövlətin məhz Türkiyə olduğunu vurğulayıb:



“Bir daha ifadə edirəm: biz Bayırbucak türkmənləri və Əsəd rejiminə qarşı mübarizə aparan mötədil müxalifləri dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Çünki bunlar məzlumdur, zərərçəkəndir, oradakı torpaqların sahibləridir. Biz türkmənlərlə qohumuq, soydaşıq”.


Teqlər:
Bu xəbər cəmi 830 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR