Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məhəmməd Məmmədovun biznesiylə bağlı ilginc məlumatlar- BACIOĞLU SİNDROMU

Məhəmməd Məmmədovun biznesiylə bağlı ilginc məlumatlar- BACIOĞLU SİNDROMU
«Aztelekom»un sabiq direktoru yerli qovşaqlarda ödənişsiz avadanlıqlar yerləşdirib, bütün ticarətini isə Tural Abbasova həvalə edib


 




«Aztelekom»un sabiq direktoru yerli qovşaqlarda ödənişsiz avadanlıqlar yerləşdirib, bütün ticarətini isə Tural Abbasova həvalə edib



Ötən həftə MTN işi ilə əlaqədar olaraq həbs olunan «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovla bağlı yeni maraqlı məlumatlar ortaya çıxıb. Məmmədov hələ vəzifə başında olarkən özünə çox böyük və şəbəkəli biznes qura bilib. Və bu zaman dövlət idarəsinin imkanlarından da geniş yararlanıb.

Məlumatda deyilir ki, sabiq baş direktor bəzi dairələrə vaxtlı vaxtında «hədiyyələr», «yardımlar» göndərərək, edəcəyi hərəkətlərdən dolayı arxaıynçılıq yaradırdı. Hətta bir neçə dəfə arxayıncası bəyan edibmiş ki, «YAP-ı o yoxlayır, məni kim yoxlaya bilər?».

Məhəmməd Məmmədov «Aztelekom»da və şəxsi sahədə böyük biznes quraraq, onlara nəzarət etmək üçün heç də az tərkibdə olmayan heyyətdən ibarət maliyyə qrupu da yaradıb. «Vəzifədən çıxarılaraq, həbs olunmasına baxmayaraq, indii də özünə və biznesinə arxayındır. Çünki həmin biznes hazırda da inkişaf edir».

Amma mənbələr olduqca maraqlı məqamlara da toxunaraq, bu barədə məlumatlar veriblər. Onların bildirdiyinə görə, M.Məmmədovun «Dataplus», «Qlobal», «Qtelekom», «CNC» şirkətlər İT Holdinqi Azərbaycanın bütün bölgədərində internet xidməti göstərir. «Bu şirkətlər qanunsuz olaraq yerli Telekommunikasiya Qovşaqlarında ödənişsiz avadanlıqlar yerləşdiriblər. Həmin xətlərdən istifadə olunur, başqalarına məxsus xətlərdən də qanunsuz istifadə edirlər. Belə ki, onlar şəxsi müştərilərini kanallara qoşur və nəticədə, 10 min km-lərlə dövlət balansında olan kabellərin satışına da zəmin yaradırlar. Satılan kabellərin pulları isə dövlət qurumunun hesabına deyil, Məhəmməd Məmmədovun şirkətlərinin hesabına axır».

Bütün bu əməliyyatların başında Tural Abbasovun dayandığını iddia edirlər. Abbasov Məhəmməd Məmmədovun bacısı oğludur və onun bütün şirkətləri idarə etdiyi vurğulanır. «Rayon qovşaqlarında hədə-qorxu yoluyla öz şəxsi işlərini reallaşdırır və ATS-ləri iflic vəziyyətə salırlar. Abşern, Sumqayıt, digər rayon Telekommunikasiya Qovşaqları Tural Abbasovun əlində aciz qalıblar. Bu səbəbdən də onlar müflis vəziyyətinə düşməkdədirlər».

Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq. 


 


 


Teqlər:
Bu xəbər cəmi 1010 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR