Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İstilik problemi nə zaman həll olunacaq?

İstilik problemi nə zaman həll olunacaq?


"Qafqazinfo" “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyevin “APA-Economics”ə müsahibəsini təqdim edir:



- İlham bəy, payız-qış mövsümü başlar-başlamaz əhalinin istilik enerjisi ilə təchizatında problem yarandı. Məlum oldu ki, sizin təmsil etdiyiniz qurumun SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə borcu var, buna görə, əhali canını qızdıra bilmir. Əhali haqlı olaraq şikayət edir: niyə iki qurumun problemi bizim başımızda çatlamalıdır?



- Həqiqətən bu gün ən böyük problemlərdən biri də istilik enerjisi təchizatına payız-qış mövsümünün başlanması üçün nəzərdə tutulmuş vaxtda başlaya bilməməkdir. Mövcud normativ-hüquqi aktlara əsasən ölkə ərazisində dağ ərazilərində payız-qış mövsümü noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində isə noyabrın 15-dən etibarən keçilir. Noyabrın 15-dən payız-qış mövsümü başlamalı idi və bütün zəruri hazırlıq işləri görülərək qazanxana və istilik şəbəkəsi avadanlıqları tam hazır vəziyyətə gətirilmişdir. Noyabrın 15-dən qazanxanalar işə salınsa da istehlak edilən təbii qaza görə borclar tam ödənmədiyi üçün "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qazanxanaların qaz təchizatının dayandırılması haqqında göstəriş verilir. Təbii olaraq, biz dərhal müzakirələrə başladıq və bildirdik ki, məsələnin bu cür qoyuluşunu biz məqbul hesab etmirik. Çünki həm “Azəriqaz”, həm “Azəristiliktəchizat” bu dövlətin qurumlarıdır və bizim aramızda olan problemlərin vətəndaşa yansıması düzgün deyil. Biz hesab edirik ki, bununla bağlı Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə və ya ən pis halda məhkəməyə müraciət olunmalı idi. Bir az da uzağa getsək, bu cür məsələlərdə məhkəmədən öncə tərəflər arasında ilkin danışıqlar olmalıdır, yəni tərəflər mübahisəni məhkəməyə qədər həll etməkdə maraqlı olmalıdırlar. Əgər danışıqlar nəticə verməzsə, məhkəməyə müraciət etmək olar…



- Belə çıxır ki, "Azəriqaz" sizə xəbərdarlıq etmədən qaz təchizatını dayandırıb?



- Xəbərdarlıq məktubları olub, lakin zəruri müzakirələr aparılmayıb. Təbii ki, mən özümüzü tərifləyib, günahı “Azəriqaz”ın üzərinə yıxmaq istəmirəm, çünki onlar öz borclarını tələb etməkdə haqlıdırlar. Amma borc məsələsinə iki cür yanaşmaq olar: “Azəriqaz” borcunu tələb etməkdə haqlıdır, digər tərəfdən qazanxanaların qaz təchizatını dayandıraraq borcu tələb etmək doğru deyil. Yenə təkrar edirəm, bunu istəmək üçün yuxarıda sadalanan addımları atmaq olar. İstənilən halda təchizat öz yerində qalmalı idi.



- Borcun strukturunu, həcmini və yaranma səbəbini açıqlaya bilərsinizmi?



- Hesab etmirəm ki, borcun həcmi burada xüsusi önəm daşıyır. Lakin bir neçə maraqlı məqam var ki, xüsusilə, borcun yaranma səbəbi barədə, buna toxunmaq lazımdır. 2005-ci ildə ölkə başçısının sərəncamı ilə “Azəristiliktəchizat” yaradılan zaman ölkədə istilik təchizatı sistemi dağınıq vəziyyətdə idi. Biz Azərbaycan Respublikasında istilik təchizatı sistemlərinin bərpası və yenidən qurulması ilə bağlı konkret tədbirlər planı hazırladıq və onun icrasına başladıq. Həmin mərhələdə tariflərə yenidən baxmaq aktual deyildi. Biz qərara gəldik ki, yeni sistem yaradaq, təchizatın keyfiyyətini artıraq, paralel olaraq tarif məsələsinə baxaq. Birdən-birə keyfiyyətsiz istilik təchizatına görə tarifi artırmaq insanlarda qıcıq yaratmaqdan başqa bir işə yaramazdı. Apardığımız modernləşdirmə işləri bizə eyni zamanda xərclərin azaldılmasına da yardım edir. Adi bir misal çəkim: köhnə qazanxanalarda 1 qiqakalori istilik istehsalına 190 kubmetr qaz tələb olunursa, müasir qazanxanada bu rəqəm 128 kubmetrə bərabərdir. Fərqə fikir verin və görün nə qədər qənaət etmiş oluruq. Buna görə, biz qərara gəldik ki, modernləşdirmə işlərini aparaq, xərcləri azaldaq və tariflər baxaq. Yeri gəlmişkən məlumat üçün bildirim ki, ötən dövrlər ərzində investisiya proqramlarına və “Azəristiliktəchizat” ASC-nin istehsalat proqramlarına uyğun olaraq Bakı şəhərində və respublikanın regionlarında 157 yeni istilik mənbəyi yaradılmış, 108 köhnə tipli qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilmiş, Rayon istilik qazanxanalarından qidalanan 57 istilik məntəqəsi yenidən qurularaq müasir qazanxanaya çevrilmiş, 245 qazlaşdırma layihəsi icra edilmiş, 2000-ə yaxın yaşayış binasının məhəllədaxili və aşağı paylama sistemi, 250-ə yaxın təhsil və səhiyyə müəssisəsinin məhəllədaxili, aşağı paylama və binadaxili istilik sistemləri yenidən qurularaq istilik təchizatı bərpa edilmişdir. Yəni ümumilikdə 2800-dən artıq istilik təchizatı layihələri icra edilmişdir. Təbii olaraq hər bir yeni istilik təchizatı obyektinin işə salınması qaz, su, elektrik enerjisi, işçilərin əmək haqqı, əsas vəsaitlərin amortizasiyası, təmir xərcləri və digər ödənişlərlə bağlı əlavə istismar xərclərinin yaranmasına səbəb olur.



Sözümü ona gətirirəm ki, bu gün bizim müəssisənin zərərlə işləməsinin səbəblərindən biri mövcud tariflərin xərclərimizi bağlaya bilməməsidir. Heç kəsə sirr deyil ki, biz soyuq suyun 1 kubmetrini 1 manata alırıq, amma istehsal olunan isti su satılır 40 qəpiyə. Tariflər arasındakı disbalansa fikir verin. Bu, səbəblərdən biridir.



Digər səbəb odur ki, büdcədən maliyyələşdirilən təşkilatların, o cümlədən - təhsil, səhiyyə ocaqları, körpələr evi, qocalaq evi və sair sosial obyektlərin istilik haqlarının ödənməsi üçün müəyyən edilmiş limitlər faktiki tələbatın 50-52%-ni təşkil edir. Başqa sözlə büdcədən maliyyələşdirilən təşkilatlar faktiki olaraq istehlak etdikləri istilik enerjisinin dəyərinin yalnız yarısını ödəyirlər. Yəni bu qəbildən olan müəssisələr üçün bir limit müəyyənləşdirilib. Lakin biz onları enerjisiz qoymuruq, halbuki, bunu etməyə bilərik, çünki zərərliliyimiz artır. Yanvarın ortasında bu sosial obyektlərdə istiliyin kəsilməsi nə dərəcədə doğru olardı ? Axı o əlil də bizimdir, məktəbli də bizimdir, xəstə də bizimdir… Hesab edirəm ki, bir dövlət qurumu olaraq biz düzgün addım atırıq. Və burada qeyri-adi bir şey yoxdur, dünyanın hər bir yerində belədir.



- Bildiyimə görə, “Azəriqaz” “Azəristiliktəchizat”dan 2005-ci ilədək, yəni sizin müəssisə yaranmamışdan öncə yığılan borcları da istəyir.



- Bəli, doğrudur, borclar "Azəristiliktəchizat" ASC yaradılana qədər mövcud olan müəssisələrin borcları nəzərə alınmaqla da hesablanır. Ölkə prezidentin imzaladığı sərəncamda birmənalı şəkildə yazılıb ki, "Azəristiliktəchizat" ASC-nin yaradılması ilə əlaqədar ləğv olunan müəssisələrin borclarının tənzimlənməsi ilə bağlı aidiyyəti qurumlar təkliflərini hazırlayıb təqdim etsinlər. Bununla bağlı “Azəriqaz”la dəfələrlə məhkəmə çəkişmələrimiz olub və bu sərəncamı əldə rəhbər tutaraq məhkəmə ləğv olunan müəssisələrin borcunu "Azəristiliktəchizat" ASC-ə aid etməyib.



Biz etiraf edirik ki, bizim borcumuz var. Amma “Azəristiliktəchizat”ın fəaliyyəti dövründə yaranmış borcun da dəqiqləşdirilməsinə zərurət var. Bəli, səhv eşitmədiniz, rəqəmlərdə uyğunsuzluqlar var. 



- Anlamadım, hesablama metodologiyası fərqlidir?



- Yox, yanaşma eynidir, lakin hesablamalarda müəyyən fərqlər mövcuddur. Düzdür, söhbət 600 (!) qazanxanada aparılan hesablamadan gedir. Bu, heç də asan iş deyil.



Borcun məbləği mövcud durumda önəmli deyil. Biz etiraf edirik ki, borcumuz var və bu gün onu ödəməyə imkanımız yoxdur. Səbəbləri də izah etdim. Ən vacib məsələlərdən biri də odur ki, bu gün köhnədən qalma qaydalara əsasən, əhali qrupu üzrə istilik tarifləri yaşayış sahəsinə görə 15 qəpik müəyyən edilmişdir. Yaşayış sahəsi ilə evin ümumi sahəsi arasında ən azı 2 dəfə fərq var. Səmimi danışaq, Azərbaycanda ev alanların böyük qisminin birinci vəzifəsi nədən ibarətdir?



- “Balkon” adlandırdığımız eyvanı artırmaq? Yoxsa mövcud “balkon”u yeni otağa çevirmək?



- (Gülür - red.) Tamamilə doğrudur! Məsələn, 80 kvadrat metr ümumi sahəsi olan mənzilin sahibi faktiki 40 kvadrat metrə görə pul ödəməlidir qanunla. Halbuki, biz onun 80 kvadrat metrini qızdırırıq. İndi isə ümumi itkilərimizin həcmini düşünün. Təbii ki, bu məsələlər geniş müzakirə predmetidir və hazırda aidiyyatı qurumlarla birgə konkret təkliflər paketi hazırlanmaqdadır və təkliflər qəbul olunarsa, “Azəriqaz”a olan borcun böyük bir hissəsi tez bir zamanda ödənilə bilər.



- Mövsüm başlayandan “Azəriqaz” neçə qazanxananızın işləməsinə şərait yaradıb?



- Hazırda ölkə üzrə 535 qazanxanadan 291-i işləyir. Bakıda 340 qazanxanadan 126-sı, regionlarda 195 qazanxanadan 165-i işlək vəziyyətdədir. Amma nəzərə alaq ki, söhbət orta və kiçik həcmli qazanxanalardan gedir. Böyük qazanxanalar qoşulmayıb. Onu da nəzərə alın ki, Bakıda nəzərdə tutulan 3140 binadan cəmi 632-nə istilik verilir.



- Primitiv də olsa, çoxlarını düşündürən sualı vermək istərdim: bu durum nə vaxta qədər davam edəcək?



- Sizə maraqlı rəqəm səsləndirmək istərdim. Deməli, bütün “Azəristiliktəchizat”ın istehlak etdiyi qazın həcmi “Azəriqaz”ın satdığı qazın həcminin 1,74%-ni təşkil edir. Başqa sözlə, söhbət “Azəriqaz” üçün o qədər də böyük rəqəmdən getmir. Bu o deməkdir ki, bizim istehlak etdiyimiz qaz “Azəriqaz”ın fəaliyyətini iflic edəcək səviyyədə deyil.



Qayıdıram sizin sualınıza. İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi öz təkliflərini Nazirlər Kabinetinə paket şəklində təqdim edəcək yaxın zamanda. Yəqin ki, müəyyən kompromisə gəlmək olacaq. Biz “Azəriqaz”la düşmən təşkilat deyilik. Əksinə, çox müsbət münasibətlərimiz var və uzun illərdir ki, birgə əməkdaşlıq edirik. Hesab edirəm ki, yaxın günlərdə məsələ həllini tapacaq.



- Tariflər məsələsinə qayıdaq. “Azəristiliktəchizat”ın fəaliyyətin dövründə tariflər artıq 1 dəfə artırılıb. Həmin qərar 2011-ci ilə təsadüf edirdi. Buna baxmayaraq, sizin qurumun rəsmiləri dəfələrlə bəyan edib ki, tariflərə yenidən baxılmalıdır. Tarif Şurasına bununla bağlı müraciət edəcəksinizmi?



- 2011-ci ildə Tarif Şurasının qəbul etdiyi qərara əsasən yaşayış sahəsinin 1 kvadrat metrinə görə 1 kubmetr istilik enerjisinin tarifi 15 qəpik, digər qruplar üçün 25 qəpik səviyyəsində müəyyənləşdirilib. Bu gün biz isti su təchizatı istisna olmaqla, tariflərin artırılmasını aktual hesab etmirik. Çünki tariflərin artırılmasınadək bir sıra atılası addımlar var. Məsələn, istehsal və digər xərclərin azaldılması, xidmət xərclərinin müəyyənləşdirilməsi, büdcədən maliyyələşdirilən təşkilatlara istilik haqlarının ödənişi üçün müəyyən edilən limitlərin faktiki tələbata uyğunlaşdırılması, əhali üzrə istilik haqlarının yaşayış sahəsinə deyil, ümumi sahəyə tətbiq edilməsi, modernləşdirilmə siyasətinin davam etdirilməsi (bu da xərclərin azaldılmasına səbəb olur) və sair. Qeyd etdiyim məsələlər bu və ya digər formada həllini tapsa hesab edirəm ki, bu tarif artımından daha effektli ola bilər. Yəni yaxın 2 il ərazində istilik tariflərini artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməsi gündəmdə deyil.


Teqlər:
Bu xəbər cəmi 885 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR