İngiltərənin məşhur “The Sun” qəzeti “Qarabağ” klubu haqqında məqalə hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, ingilislər Avroliqanın qrup mərhələsinin 5-ci turunda bu gün “Tottenhem”lə qarşılaşacaq təmsilçimiz haqqında ““Tottenhem”in “kabus şəhəri”ndən olan rəqibi “Qarabağ” haqqında 5 maraqlı fakt” adlı məqalə dərc olunub.
Əvvəlcə Ağdam klubunun son iki mövsümdə Azərbaycan çempionatının qalibi olmasından danışılıb: “Qarabağ” ötən mövsüm 9 komanda arasında “İnter”i 5 xal qabaqlayaraq çempion oldu. 10 komandalı keçirilən Premyer Liqada “Araz Naxçıvan” “qərəzli hakim qərarları” səbəbiylə çempionatı tərk edib”.
Daha sonra Ağdam şəhərinin işğalına yer verən məşhur mətbu orqan ermənilərin işğalından söz açıb: “Ermənilər 1993-cü ildə Ağdamı işğal ediblər. Onlar şəhəri məhv etdilər. Hətta klubun baş məşqçisi də orda həlak olub”.
İngiltərə nəşri Bakını qeyri-adi şəhər adlandırıb: “9 milyon əhalinin 44 faizi Avropa Oyunlarına sahiblik edən Bakıda yaşayır. Bakıda ən diqqətçəkən isə “kiçik Venesiya şəhərciyi” və “Xalça muzeyi”dir”.
Qəzet məşhur şahmatçı Harri Kasparovun Bakıda doğulmasından söz açıb: “Məşhur şahmatçı Harrin Kasparov Bakıda doğulub. Həmçinin ən gənc qrossmeyster Teymur Rəcəbov da bu şəhərdə dünyaya göz açıb”.