Betonqarışdıran avtomobil arxasından beton tökülə-tökülə yolda hərəkət edir. Bu hal yola ziyan verməklə yanaşı, həm də digər nəqliyyat vasitələri üçün təhlükə yaradır.
“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, belə halla qarşılaşan sürücülər əksər hallarda avtomobillərinə dəyən ziyanı özləri ödəməli olurlar. Ekspertlər isə bu halda ziyanın pulunu onu vuranın ödəməli olduğunu bildirir. Bu halla qarşılaşan sürücülər isə polisə xəbər verməlidir.
Bu zaman yük maşınının icbari sığortası tərəfindən də ödəniş edilə bilər. Əks halda avtomobilinə ziyan dəyən sürücü məhkəməyə müraciət edə bilər.
Yük maşınının təkərindən çıxan daş başqa maşınlara ziyan vurduqda isə bu hala görə yola nəzarət edən qurum məsuliyyət daşıyır.
Belə yollarda 1.17 ''çınqıl sıçrayışı'' nişanı qoyulmalıdır.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.