“Rusiya Su-24-lə bağlı insidentə ən ciddi şəkildə yanaşacaq və təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək”.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir bəyanatla prezident Putin çıxış edib:
“Bizim Suriyadakı hərbi əməliyyat həyata keçirən təyyarələrimizin təhlükəsizliyini təmin etməyə gəlincə, dünən elan edilən təkliflər azdır. Biz bunu bu gün səhər Müdafiə naziri ilə müzakirə etdik. Suriyadakı hərbi-hava bazamıza S-300 hava hücumundan müdafiə kompleksi yerləşdiriləcək”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün verdiyi açıqlamada Suriyadakı Hmeymim hərbi-hava bazasına yeni zenit-raket sistemi olan S-400 yerləşdirəcəyini bəyan edib.