Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Siz MTN-lə əlbir olmusunuz” şantajı - Yeni reketçilik

“Siz MTN-lə əlbir olmusunuz” şantajı - Yeni reketçilik


Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “reket” mətbuatı tənqid edən “Mətbuatın yalan informasiya və sensasiya aludəçiliyi xəstəliyi” adlı yazı yazıb. “Qafqazinfo” həmin yazıdan bəzi hissələri təqdim edir:



...Adətən, kritik məqamlarda nöqsan və çatışmazlıqlar, səhv və naşılıqlar daha aydın və qabarıq görünür. 2014-cü ilin avqustunda cəbhənin təmas xəttində baş verənlərin, habelə hazırda “MTN işi” adlandırılan mövzunun qəzet səhifələrində işıqlandırılmasındakı mənfi hallar, ölkə KİV-ində müşahidə olunan ciddi nöqsanlar bu sahədə vəziyyətin ürəkaçan olmadığını göstərir. Əslində, bütün bunlar yeni problemlər deyildir, xeyli zamandır gedən proseslərin qanuni nəticəsi kimi meydana çıxmışdır. Söhbət mətbuatda vaxtaşırı yayılan yalan informasiyalardan və KİV-in sensasiya xəstəliyindən gedir. Hətta qısa müddətdə mətbuatda “MTN işi” adlandırılan məlum mövzu ilə bağlı çap və elektron media əndazəni elə bir həddə aşdı ki, Prezidentin ictimai-siyasi məsələlərlə bağlı köməkçisi cənab Əli Həsənov açıqlama ilə çıxış etməli oldu.



KİV-in bu mövzuya “həssaslıqlarının” və “canfəşanlıqlarının” səbəbi nədir? Niyə “hamıdan qabaq nəyisə xəbər vermək”, “insanlara “xoruz banı eşitməmiş” informasiya çatdırmaq” uğrunda “qaydasız yarışma” gedir. Əlbəttə, hadisə “gündə təsadüf edilən” məsələlərdən sayılmır. Amma səbəb təkcə bu deyil! Birlikdə nəzərdən keçirək.



Öncə bir neçə vacib məqamı diqqətə çəkirik.



Əvvəla, dövlətin çox mühüm strukturlarından birində baş verən xoşagəlməz, cinayət xarakterli hadisənin üstünü dövlət özü açıb, mətbuat yox!



İkincisi, məsələ ilə bağlı dövlət başçısı öz iradəsini ortaya qoyub, baş verənlərin obyektiv, tam və diqqətlə araşdırılması, bütün faktların və günahkarların müəyyənləşdirilməsi, hüquqi cəhətdən qiymətləndirilməsi üçün zəruri tapşırıqlar verib.



Üçüncüsü, Prezidentin göstərişlərini icra etməkdən ötrü xüsusi istintaq qrupu yaradılıb, ibtidai araşdırmalar aparılır, şahidlər dinlənilir, ifadələr toplanılır, zərərçəkən qismində müraciət edənlərin söylədikləri yoxlanılaraq hüquqi cəhətdən qiymətləndirilir.



Dördüncüsü, müəyyən faktlar sübuta yetirilərək təsdiqini tapdıqca hüquq-mühafizə orqanları ictimaiyyətə rəsmi açıqlamalar verir.



Bəs mətbuat nə edir?



Milli Təhlükəsizlik Nazirliyi daim qapalı sahə olub. İnsanlar bu qurumdan ehtiyat ediblər, zəhmindən qorxublar. Bu gün isə onun keçmiş başçısı və yüksək rütbəli məmurları barədə ağlagəlməz faktlar ortaya çıxır!

Təbii ki, hamının marağı böyükdür! İnsanlar baş verənlərin hamısından tezliklə xəbər tutmaq istəyir. Oxucu və tamaşaçının bu istəyini başa düşmək mümkündür.



Təəssüf ki, bəzi mətbu orqanlar yaranmış situasiyadan istifadə edərək ondan öz xeyrinə bəhrələnməyə çalışır.



Mətbuat həm də tələsir. Amma bu tələskənlik operativliyə xidmət etmir. Əksinə, KİV-lə bağlı qanun və prinsiplərin ciddi şəkildə pozulması ilə nəticələnir. Beləliklə, jurnalist məsuliyyətsizliyinə də yol verilir.

Hansı məqamları nəzərdə tuturuq.



* Qəzetlər və saytlar görmədikləri, bilmədikləri, içərisində olmadıqları hadisələrdən yazırlar. Həm də heç bir rəsmi qurum tərəfindən təsdiqlənmiş fakta istinad etmirlər. Necə deyərlər, qaranlıq yerdə kösöv bulayırlar. Birinci böyük məsuliyyətsizlik budur!



* Hətta telekanallardan biri (adını qəsdən çəkmirik) xüsusi “araşdırma şou”su təşkil etmişdi. Aparıcı xanım özünü hadisənin “qəhrəmanı” kimi təqdim edir, sağa-sola “ittihamlar” yağdırırdı. Verilişdə “ekspertlər”, “rəyçilər”, “ittihamçılar”, “prokuror qismində” çıxış edənlər də vardı. Xarici dövlətlərlə “telekörpü” qurulur, oradan da “fikirlər” öyrənilirdi. 

Gəlin açıq danışaq! Axı, bu, şou mövzusu deyil! Bəlkə də faciəvi mövzudur! Məsələyə belə yüngül yanaşılmamalıdır!



* Mətbuat xəbəri tələsik, yoxlamadan “hamıdan qabaq” verməyə tələsir. Necə deyərlər, süd ağzını yandıra-yandıra içir. Xəbər “tapılmayanda” isə onu özündən uydurur. Əslində, ciddi mövzularda ehtimallara yer ola bilməz! Xüsusən onlar əsl həqiqətdən qaynaqlanmırlarsa!



Milli Təhlükəsizlik Nazirliyi dövlətin bel sütunlarından sayılan qurumlardandır. Orada yüzlərlə vicdanlı, təmiz, peşəkar insanlar çalışır. Mövzunu kampaniyaçılığa, şouya çevirərək belə insanların və bütövlükdə nazirliyin üzərinə kölgə salmaq yaramaz!



“MTN işi”ndən “zərərçəkənlər”in söylədiklərinə də KİV-də geniş yer ayrılmaqdadır. Biz həmin insanların hansının haqlı, hansının haqsız olduğunu bildirmək fikrindən uzağıq. Bütün hallarda bu cür müraciətlər xüsusi istintaq qrupuna ünvanlanmalı, ibtidai araşdırma zamanı sübut və dəlillərlə təsdiqini tapdıqdan sonra ictimailəşdirilməlidir. Bir daha təkrar edirik, kiminsə təqsirkar olub-olmadığını, söylənilənlərin həqiqətə uyğunluğunu yalnız hüquq-mühafizə orqanları müvafiq araşdırma zamanı müəyyən edə bilər! Sayt, qəzet, telekanal yox!



Maraqlıdır ki, hadisələrin əvvəlində bəzi jurnalistlər vaxtilə MTN-lə “əməkdaşlıq” edərək “hədəf seçilən insanları” mətbu söz təzyiqinə məruz qoyan qəzet və internet resurslarının mövcudluğunu söyləsələr də, sonralar onların aşkarlanması (yaxud aşkardırsa tanıdılması) yolunda heç bir addım atmadılar, araşdırma aparmadılar, ünvan göstərmədilər. Halbuki mətbuatın ilk növbədə etməli olduğu məhz bu araşdırma olmalı idi.



Təəssüf ki, özlərinə umac ova bilməyənlər indi həvəslə başqalarına əriştə kəsirlər.



Digər “rekert” jurnalistlər isə artıq pul qoparmağın “yeni üsulunu”da tapıblar. İndi “siz MTN-lə əlbir olmusunuz” şantajı ilə hədəf seçdikləri insanların üzərinə gedir, pul qoparanda səslərini kəsir, müqavimətə rast gələndə isə onların şəkillərini MTN binasının fonu ilə verərək təzyiq göstərməyə başlayırlar. Müşahidələr göstərir ki, bir vaxtlar MTN-dən dəstək alan sayt və qəzetlər ilk vaxtlar səslərini kəsərək bu mövzudan kənar qaçsalar da, hazırda “konspirasiya” məqsədilə “ümumi xora” qoşularaq köhnə ağalarını tənqid edirlər.



Hələ də insanların şərəf və ləyaqətinin qəsdən alçaldılması, sifarişli və qərəzli yazılar yazılması halları azalmayıb!



Hələ də KİV-dən reketlik niyyətilə istifadə edənlər, bunun hesabına özünə güzəran quranlar vardır!



Odur ki, Mətbuat Şurası bunlara qarşı mübarizəni zəiflətməməlidir. Tezliklə monitorinq keçirilərək islah olunmayan qəzetlər yenidən “qara siyahı”ya qaytarılmalı, elektron medianın isə belə siyahısı tərtib olunmalıdır.



Belələrinə hüquqdankənar azadlıq vermək jurnalistikaya, insan şəxsiyyətinə və ləyaqətinə ən böyük hörmətsizlikdir!


Teqlər:
Bu xəbər cəmi 820 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR