Bankdan AzNews.az-a daxil olan məlumata görə, “Muğanbank”ın bu adda müştərisi yoxdur: “Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP–yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb”.
Qeyd edək, Malik Hüseynov avtomobil üçün krediti "Muğanbank"dan öz adına deyil, yaxın adamlarından birinin adına götürüb. Bundan krediti verən bankda da məlumatlı olublar. Kredit üzrə bütün ödənişləri məhz M.Hüseynov həyata keçirib.