Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Mediaya verilən mesaj budur: “MTN işi” ilə bağlı yazılar dayandırılmalıdır”

“Mediaya verilən mesaj budur: “MTN işi” ilə bağlı yazılar dayandırılmalıdır”


Bugünlərdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəzi media orqanlarının vəzifəli şəxslərlə bağlı əsassız informasiyalar yazdığını vurğulayıb və bundan sonra həqiqətdən uzaq xəbərlər yayan media orqanlarının cəzalandırılacağını bildirib. Bunun ardınca Mətbuat Şurası da yalan informasiyalar yayan media orqanları ilə bağlı hüquqi müstəvidə ciddi addımlar atılacağını qeyd edib ki, bu da media təmsilçiləri tərəfindən heç də birmənalı qarşılanmayıb.



Belə ki, bəzi media ekspertləri hesab edir ki, “MTN işi” ilə bağlı rəsmi informasiyaların yox dərəcəsində olduğu bir zamanda Prezident Administrasiyası və Mətbuat Şurasının belə bir qadağa irəli sürməsi və cəza anonsu verməsi əslində mediaya təzyiq kimi dəyərləndirilə bilər. Onların fikrincə, rəsmilər medianı yalan informsiyalar yaymaqda ittiham etməkdənsə, dövlət orqanların mətbuat xidmətlərinin çevik fəaliyyətini təmin etməsələr daha faydalı olar.



Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də hesab edir ki, problemi həll etmək üçün medianı ittiham etmək deyil, rəsmi informasiya bolluğunu təmin etmək lazımdır. Ekspertin sözlərinə görə, bütün cəmiyyətinin diqqətinin “MTN işi”nə yönəldiyi bir zamanda bu cür açıqlamaların verilməsi əslində bir məqsədə xidmət edir ki, bu da sözügedən mövzuda dərc edilən informasiyaların qarşısını almaqdan ibarətdir:



“Azərbaycanda media hakimiyyətin tam nəzarəti altındadır. Bu gün rəsmilərin dili ilə belə bir mesaj verilir ki, artıq bu məsələni işıqlandırmaq kifayətdir. Yəni tədricən bu məsələ ilə bağlı yazıları azaltmaq lazımdır. Başqa sözlə desək, “MTN işi” tədricən unutdurulmağa çalışılır. Verilən mesajın mahiyyəti bundan ibarədir. Yəni mediaya bildirilir ki, bu məsələ ilə bağlı daha artıq canfəşanlıq etməyə son qoymaq lazımdır.



Hakimiyyəti narahat edən digər bir məqam isə daxili problemlərin üzə çıxması ilə bağlıdır. Çünki mediada yazılanlar hakimiyyət daxilində qarşılıqlı informasiya mübadiləsinə səbəb olur. Bu, problem hakimiyyət üçün daha da mürəkkəbləşir.



Problemin yaranmasına səbəb isə budur ki, media baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırmağa çalışır. Lakin rəsmi qurumlar bununla bağlı lazımi informasiya vermirlər. Onlar jurnalistlərin baş vernlərlə bağlı sualalrını cavablandırmırlar. Buna görə də jurnalistlər məlum məsələ ilə bağlı qeyri-rəsmi kanallar vasitəi ilə əldə etdikləri məlumatları dərc edirlər. Onlar bunu eləməlidirlər.  Jurnalist ilk öncə ictimai maraq və diqqəti cəlb edən məslə ilə bağlı araşdırma aparır, bununla bağlı məlumatlar toplayır və işıqlandırır. Vəziyyətin indiki kimi arzuedilməz bir həddə çatması, yaranan situasiya  hakimiyyətin problemidir”.



M.Əliyevin sözlərinə görə, hələ 2008-ci ildə ölkədə informasiya əldə etmək imkanlarını artırmaq üçün proqram səviyyəsində layihə hazırlansa da, dövlət orqanlarına təhvil verilən bu layihə həyata keçirilmədi:



 “Biz dəfələrə bu məsələni qaldırmışıq ki, dövlət orqanlarının mətbuat xidmətləri qanunla üzərlərinə düşən öhdəliyi yerinə yetirmir, lazımınca işləmirlər.  Gərgin vəziyyətlərdə isə onların yarıtmaz fəaliyyəti bütün çılpaqlığı ilə üzə çıxır. Bütün bu hadisələr göstərir ki, dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti qeyri-qənaətbəxşdir və onlar medianı onları maraqlandıran məsələlərlə bağlı lazımınca məlumatlandıra bilmirlər. Bu isə dövlətin və hakimiyyətin problemidir.



Biz dəfələrlə bununla bağlı təkliflər vermişik. 2008-ci ildə proqram hazırlanmışdı. Bu proqramn həyata keçirilməsi nəticəsində Azərbaycanda informasiya əldə etmək imkanları tam təmin olunurdu. Bu proqram Prezident Administrasiyasına təqdim edilmişdi. Bizə bildirmişdilər ki, bu proqram həyata keçiriləcək. Lakin heç bir şey eləmədilər. Nəticə isə artıq ortadadır”.



 



 


Teqlər:
Bu xəbər cəmi 935 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR