Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Qara siyahı” hazırlığı başladı

“Qara siyahı” hazırlığı başladı


“Hazırda reket saytların siyahısının hazırlanması prosesi gedir. İdarə heyətinin yığıncağına qədər artıq müəyyən işlər yekunlaşdırılacaq”.



Bunu Moderator.az-a Mətbuat Şurasının reket jurnalistikaya qarşı komissiyanın sədri Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə deyib ki, reket saytlarla bağlı Azərbaycan Mətbuat Şurasına kifayət sayda müraciətlər daxil olub: "Komissiyamız tərəfindən artıq bir saytla bağlı qərar verilib və yekun qərar üçün idarə heyətinə təqdim ediləcək. Hazırda reket saytların siyahısının hazırlanması prosesi gedir. Hansı saytın hansı işlərlə məşğul olduğu zatən ictimaiyyətə də bəllidir. Bununla bağlı daxil olan şikayətləri də araşdırırıq. Saytlarla, elektron media orqanları ilə bağlı otuzdan çox şikayət daxil olub. Qısa müddət ərzində bununla bağlı nəticəni yəqin ki, görəcəyik”.

Komissiya sədri hər kəsi reket jurnalistlərlə mübarizə aparmağa səsləyib: “Azərbaycanda kifayət qədər öz işini bilən, peşəkar jurnalist kadrlarımız var. Ancaq çox təəssüflər olsun ki, qeyri-peşəkarlar, ümumiyyətlə jurnalistika tarixinə, Azərbaycan jurnalistikasına xələl yetirən, zərbə vuran, jurnalist adına ləkə gətirən  “jurnalist”lərimiz də yox deyil. Bu hər bir peşəkar, sağlam düşüncəli jurnalisti narahat edir və o səbəbdən də hər bir insan onlarla mübarizə aparmalıdır. Hesab edirəm ki, Mətbuat Şurası tərəfindən və digər media təşkilatları tərəfindən bununla bağlı müvafiq işlər aparılır. Bizə daxil olan şikayətləri də araşdırırıq, çox təəssüflər olsun ki, jurnalistika adına yaraşmayan, peşə, davranış qaydalarının bütün prinsiplərini pozan belə insanlar var. Bu da hər birimizdə təəssüf hissi doğurur”.



Qeyd edək ki, noyabrın 20-də Mətbuat Şurasının təşkilatçılığı ilə “Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış” mövzusunda keçirilən dəyirmi masa keçirilmişdi. Və həmin tədbirdə MŞ-nın sədri Əflatun Amaşov yalan və məkrli xəbərlər yayaraq informasiya resursuna qazanc mənbəyi kimi baxan saytların “qara siyahı”sının hazırlanacağını  bildirmişdi.


Teqlər:
Bu xəbər cəmi 945 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR