Rusiya prezidenti Vladimir Putin bu gün, 8 illik fasilədən sonra İrana rəsmi səfərə gedir.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Tehranda qaz ixrac edən ölkələrin forumunda iştirak edəcək, həmçinin iranlı həmkarı Həsən Ruhani və ölkənin ali dini lideri Ayətulla Əli Xamneyi ilə görüşəcək.
Bir gün davam edəcək səfərdə əsas müzakirə mövzusu Suriya olacaq.