Dağıstanda yüzlərlə yük avtomobilləri yol boyu düzülüblər. Etirazçıların sözlərinə görə, məmurlar onlarla danışmaqdan imtina edir, yerli televiziya isə baş verənləri işıqlandırmır. Rusiyanın “Novaya qazeta” nəşri Moskvaya yürüşün noyabrın 30-u baş tutacağını yazır.
М-29 Rostov–Bakı federal yolunda etirazını bildirən Dəbir adlı bir şəxs deyir ki, onları heç kim eşitmək istəmir. “Biz şəhər administrasiyasına, nəqliyyat nazirliyinə getmişik, “Rosavtodor”da isə bizi heç qapıdan içəri buraxmadılar. Telekanallara zəng edirik – gəlməkdən imtina edirlər. Bunun əvəzinə OMON maşınları gəlir”.
frame allowfullscreen="allowfullscreen" frameborder="0" height="450" src="https://www.google.com/maps/embed?pb=!1m18!1m12!1m3!1d2938.249093467429!2d47.84388931558647!3d42.57123512973164!2m3!1f0!2f0!3f0!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x40f9bb5fda761175%3A0x879adc853d51c364!2sP-217%2C+Izberbash%2C+Dagestan+Republits%2C+Russia!5e0!3m2!1sen!2s!4v1448192068946" style="margin: 0px; padding: 0px; outline: none;" width="600">
Hadisələrin cərəyan etdiyi М-29 Rostov-Bakı trasının hissəsi
Dağıstanda qanuna edilən dəyişiklikləri Rottenberq ailəsi ilə bağlayırlar. “Novaya qazeta”nın məlumatına görə, Rusiyalı milyarder və Vladimir Putinin dostu Arkadiy Rotenbergin oğluİqor Rotenbergə məxsus “РТ-инвест транспортные системы” (RT-invest nəqliyyat sistemləri – red.) dövlətin marağlarına uyğun iri tonnajlı yük avtomobillərindən vergi toplayır.
İqor Rotenberqin şirkəti yeni qanunun nəzərdə tutduğu vergilərin yığılmasına dair məsuliyyət daşıyır.
İndi М-29 Rostov-Bakı trasında etirazçılar “Rotenberq İŞİD-dən pisdir”, “Rotenberqlərsiz Rusiya” yazılı plakatlar qaldırıblar.
Rotenberqlərə qarşı plakat
Rusiyada rəsmən 2 milyon iri tonnajlı yük maşını qeydiyyatdan keçirilib ki, bunlardan da yarısı ölkənin cənubuna aiddir. Yük daşınması 3 milyon əhalisi olan Dağıstanın əsas gəlir mənbəyidir. Dağıstanlı sürücülər Krasnodar və Stavropoldan, Həştərxan və Volqoqrad əyalətləri ilə yanaşı həmçinin İran və Azərbaycandan da olan məhsulu Rusiyanın böyük şəhərlərinə aparırlar.
Etirazçıların sözlərinə görə Azərbaycanla sərhəddə 300 vaqon xurma qalıb. “İndi bu meyvənin vaxtıdır, 300 vaqon – 900 yük maşını deməkdir və biz bu malı Rusiya bazarlarına çatdırmalıyıq. Amma mal sərhəddə ilişib və çürüyür. İndi xurmannı qiyməti qalxacaq”, – deyə etirazçılardan biri bildirir.
frame allowfullscreen="allowfullscreen" frameborder="0" height="415" src="https://www.youtube.com/embed/tAekeFoJZkI" style="margin: 0px; padding: 0px; outline: none;" width="560">
Çəkisi 12 tondan yuxarı olan yük avtomobillərindən gediş haqqının alınmasını nəzərdə tutan “Platon” sistemi Rusiyada noyabrın 15-dən işə salınıb. İndi yük avtomobillərinin sürücələri keçilən hər bir kilometrə görə əlavə pul ödəməlidirlər. Qanuna görə rüsumun məbləği 3 rubl 6 qəpikdir (0.05 AZN – red.).
Qanuna riayət etməyən fərdi sahibkar 40 000 rubl (649 AZN – red.), hüquqi şəxs isə 450 000 (7298 AZN – red.)rubl cərimə oluna bilər.
Avtomobillərdən yığılan pullar ağır tonnajlı maşınların tras örtüyünə vurduğu ziyanının aradan qaldırılmasına xərclənilməsi nəzərdə tutulur.
Azərbaycan tərəfdəki vəziyyət
Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhəddi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib. Noyabrın 20-də Dağıstanın Dərbənd dəmiryol stansiyasında Azərbaycandan gedən kənd təsərrufatı məhsulları ilə yüklənmiş vaqonların böyük bir növbəsi yaranıb.
Azərbaycanlı sahibkarlar Rusiyada yük sürücülərinin bu aksıyasının onlara ciddi ziyan vurduğunu deyirlər. Fermerlərin sözlərinə görə, indi Dərbənddə 200-dən artıq vaqon dayanıb.
Rusiyada problemlə üzləşən azərbaycanlılar
frame allowfullscreen="allowfullscreen" frameborder="0" height="400" src="https://www.youtube-nocookie.com/embed/UuOG7oEZcqQ" style="margin: 0px; padding: 0px; outline: none;" width="530">