Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi ilə bağlı səsvermə başlayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, TBMM üzvləri müvəqqəti sədr Dəniz Baykalın başçılığında bir araya gəlib.
TBMM sədrliyi üçün AKP-nin İstanbul üzrə millət vəkili İsmayıl Qəhrəman, CHP-nin Ankara üzrə millət vəkili Ayşe Gülsün Bilgehan, MHP-nin Kayseri üzrə millət vəkili Yusuf Halaçoğlu və HDP-nin İstanbul üzrə millət vəkili Dengir Mir Mehmet Fırat yarışacaq.
***
Seçkilərdə 367 səsi heç bir partiya nümayəndəsi yığa bilməyib. Seçkilərin ikinci turuna start veriləcək.